Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:55

ATƏT Ukraynada mətbuatın vəziyyətindən narahatdır


ATƏT Ukraynanın hakim dairələrini jurnalistlərə hücumları araşdırmağa və ölkədə azad mətbuata şərait yaratmağa çağırıb.

ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dünya Miyatoviç çərşənbə günü Kiyevdə bildirib ki, hakimiyyət bu cür halları pisləyən bəyanatlarla kifayyətlənməməli, təcili və effektli istintaq aparmalıdır.

Miyatoviç xüsusilə bu yaxınlarda xarkovlu jurnalist Vasili Klimentevin yoxa çıxmasını qeyd edib.

Ukraynalı jurnalistlər indiki prezident Viktor Yanukoviçin hakimiyyətə gəlişindən sonra ölkədə mətbuat azadlığı sahəsində vəziyyətin pisləşdiyini bəyan ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG