Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:05

Azərbaycanlı zəvvarların olduğu avtobus partladılıb


İraqa ziyarətə gedən azərbaycanlı zəvvarların olduğu avtobus Diyala əyalətində partladılıb.

İranın İSNA agentliyi 4 Azərbaycan vətəndaşının yaralandığını xəbər verir.

Yaralılar İraqın Kazimiyyə xəstəxanasına yerləşdirilib.

İraqın Ziyarət və Həcc İdarəsinin nümayəndəsi Cavad Xani zəvvarların İraqa İrandan daxil olduqlarını deyir.

İraqın Azərbaycandakı səfirliyi faktı təsdiqləyib.

Səfirlikdən ANS-ə verilən məlumata görə, zəvvarlara vizanı onlar verib və artıq zəvvarlarla əlaqə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG