Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:52

Prezident maaşların artırılması haqda sərəncam verib


Oktyabrın 13-də prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının orta hesabla 10 faiz artırılması haqda sərəncam imzalayıb.

Sərəncama görə, aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin maaşları artırılıb:

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin aparatı, Elmi İnnovasiyalar Mərkəzi; Dövlət İdarəçilik Akademiyası; Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası; Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; Azərbaycanda Atatürk Mərkəzi; Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri; Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu; Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu; Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu; Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı; Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu; Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu; Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi.

Günün bütün mövzuları

XS
SM
MD
LG