Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:38

Milli məclisə 640 nəfərin namizədliyi qeydə alınıb


Azərbaycanda Milli Məclisə 125 seçki dairəsi üzrə 640 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə MSK sədri Məzahir Pənahov qurumun iclasında məlumat verib.

Yeni Azərbaycan Partiyasından 111, “AXCP-Müsavat” blokundan 30, “İslahat” blokundan 29, “Qarabağ” blokundan 28, Klassik Xalq Cəbhəsi
Partiyasından 27, Azərbaycan Milli İstiqlal Partiyasından 17, Ana Vətən Partiyasından 7, Müasir Müsavat Partiyasından 4, Azərbaycan Sosial-Demokrat

Partiyasından 2 nəfərin namizədliyi qeydə alınıb.

279 nəfərin namizədliyi isə qeydə alınmayıb.
XS
SM
MD
LG