Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:36

Daha bir Azərbaycan əsgəri ölüb


Azərbaycan əsgəri donvurmadan ölüb.

Ailəsinin ANS PRESS-ə verdiyi məlumata görə, 22 yaşlı Sadiq Mürşüd oğlu Əsədov dünən Murovdağda xidmət etdiyi N saylı hərbi hissədə naməlum səbəbdən dünyasını dəyişib.

Yaxınlarının sözlərinə görə, bu barədə onlara Şirvan rayon Hərbi Komissarlığından məlumat verilib və meyitin yaxın saatlarda ailəsinə veriləcəyi bildirilib.

Şirvan Hərbi Komissarlığından ANS PRESS-ə verilən məlumata görə, Sadiq Əsədov ötən gün donvurmadan ölüb.

Qeyd edək ki, Sadiq Əsədov 3 ay əvvəl Şirvan Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Müdafi Nazirliyi hələlik məsələyə münasibət bildirməyib.
XS
SM
MD
LG