Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:19

Azarkeşlərlə polis arasındakı qarşıdurmada 16 nəfər yaralanıb


İtaliyanın Genuya şəhərində serbiyalı futbol azarkeşləri ilə polis arasında baş vermiş qarşıdurmada 16 nəfər yaralanıb. Yaralılardan ikisi polisdir.

Qarşıdurma yaratdığı üçün 17 nəfər saxlanıb.

Oktyabrın 12-də Avro 2012-nin seçmə mərhələsi çərçivəsində qarşılaşan Serbiya-İtaliya oyunundan əvvəl serb fanatlar Serbiya yığmasının avtobusuna hücum ediblər, qapıçı Vladimir Stoykoviçi isə döyüblər. Qapıçı xəstəxanalıq olub. Azarkeşlər stadiona yanan fişənglər də atıblar.

Şəhərdə qarşıdurma bütün gecə davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG