Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:10

Azərbaycan xarici siyasət fəaliyyətinin genişləndirilməsinə 100 milyon ayırır


Azərbaycan hökuməti 2011-ci ildə Azərbaycanın xarici ölkələrdə səfirlikləri, konsulluqları və diplomatik nümayəndəliklərinin saxlanılmasına, eləcə də xarici siyasət fəaliyyətinin genişləndirilməsinə 100 mln. manata yaxın vəsait ayırmağı planlaşdırır.

Bu barədə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib. O bildirib ki, vəsaitin 51 milyonu səfirlik və konsulluqların saxlanması üçün ayrılacaq. Daha 34 milyon xaricdə tədbirlərin maliyyələşdirilməsinə, 15 milyon manatın isə Azərbaycanın xaricdə imicinin yüksəldilməsi ilə bağlı kiçik tədbirlərə ayrılması planlaşdırılır.

XS
SM
MD
LG