Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:42

Orxan Pamuk nüfuzlu mükafata layiq görüldü


Nobel mükafatlı türk yazarı Orxan Pamuk ABŞ-ın ən nüfuzlu ədəbi mükafatlarından birinə layiq görülüb.

Tanınmış Amerika yazıçısı Norman Meylerin xatirəsinə təsis edilmiş və “Norman Meyler Həyat Boyu Başarı” adlanan mükafatı Pamuka oktyabrın 19-da Nyu-Yorkda düzənlənən qala mərasimdə təqdim edəcəklər.

Ədəbiyyat və nəşriyyat sahəsində dünyanın tanınan isimlərinin qatılacağı mərasimdə “Rolling Stones” mədəniyyət dərgisinin rəhbəri Jann Wenner-ə də 'Dərgi Yayınçılığında Həyat Boyu Başarı Mükafatı' veriləcək.

Bu həmin Meylerdir ki, Pamuku “Mənim adım qırmızı” əsərində onun “Ancient evenings” romanından oğurluq etməkdə suçlayanlar olmuşdu.

Həqiqətən də bu iki tarixi əsər arasında oxşarlıqlar var, məsələn, “Ancient evenings” romanı - bir ölünün öz qəbrini, "keçirdiyi hissləri" təsvir etməsi ilə başlanır. “Mənim adım qırmızı” romanı da öldürülmüş və quyuya atılmış bir nəqqaşın - quyu dibini və öz vəziyyətini təsvir etməsi ilə açılır.

Mükafatın təsisçilərindən biri də Norman Meyler Mərkəzidir.

Meyler mükafatının Pamuka verilməsi bir daha göstərir ki, Pamuk barədə plagiat iddiaları daha çox türk yazarın yazı metodu, onun müxtəlif romanlardan bəhrələnib tamamilə yeni əsər ortaya qoya bilmək bacarığı haqda məlumatsızlıqdan irəli gəlir.

Norman Meyler 2007-ci ildə vəfat edib. O, iki dəfə - 1968 və 1978-ci illərdə Amerikada yazarlar üçün ən nüfuzlu mükafatlardan olan Pulitser ödülünə layiq görülüb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG