Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:49

Fransada pensiya islahatı əleyhinə yeni tətil


Fransa həmkarlar ittifaqları Senatın müzakirəyə çıxarmağı hazırlaşdığı mübahisəli pensiya islahatları paketinıə etiraz olaraq yenidən tətilə başlayıblar.

Dəmiryolları, hava nəqliyyatı və limanlar bu gün fasilələrlə işləyiblər. Gün ərzində nümayişlər və yürüşlər də nəzərdə tutulub.

Prezident Nikola Sarkozinin islahat paketinə görə, pensiya yaşı 60-dan 62-yə çatdırılacaq və pensiya üçün daha çox iş stajı tələb ediləcək. Qanunun yaxın günlərdə qəbulu nəzərdə tutulub.

Sonuncu dəfə 1995-ci ildə həmkarlar ittifaqları tətillərlə bu opensiya islahatının qarşısını ala bilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG