Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:12

Seçkidə məğlub olanlar etiraz aksiyası keçiriblər


Qırğızıstanda parlament seçkilərində məğlub olmuş partiyaların tərəfdarları Biçkek-Oş yolunu bağlamaqla etiraz aksiyası keçiriblər.

“Vahid Qırğızıstan” partiyasının fəalları səslərin sayılmasından narazıdır. Onlar bütün ölkə boyu etiraz aksiyaları keçirməyi planlaşdırırlar.

Oktyabrın 10-da Qırğızıstanda keçirilmiş parlament seçkilərindən sonra yeni parlamentə daxil olan partiyalar koalisiya qurmaqla bağlı məsləhətləşmələrə başlayıb.

Seçkinin nəticələrinə görə, parlamentdə 5 partiya – Ata-Jurt, sosial-demokratlar, Ar-Namus, Respublika və Ata-Məkan təmsil olunacaq.

Qırğızıstan qanunvericiliyinə görə, parlament ilk iclasına iki həftə ərzində yığışmalıdır.

XS
SM
MD
LG