Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:26

Xəzərdə təhlükəsizlik müzakirə olunur


Bu gün Bakıda beş Xəzəryanı ölkənin XİN ekspertlərinin işgüzar iclası keçirilir. Ekspertlər Xəzərdə təhlükəsizlik haqqında saziş layihəsini müzakirə edirlər.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, bu sənəd artıq ikinci ildir ki, müzakirə olunur və Xəzəryanı ölkələrin təhlükəsizliyi məsələsi üzrə əməkdaşlıq mexanizminin yaradılmasına yönəlib. Onun sözlərinə görə, bu, Xəzəryanı dövlətlərin başçılarının üçüncü sammitində əsas sənəd olacaq.

Müzakirə olunan sənədin layihəsi 14 maddədən ibarətdir. Bunlar Xəzərdə təhlükəsizliyin təminatı mexanizminin formalaşdırılmasını, terrorizm və mütəşəkkil cinayətkarlığa, silah qaçaqmalçılığına, narkotik maddələrə və nüvə texnologiyalarına, gəmilərin ələ keçirilməsinə, qeyri-leqal miqrasiya, bioresursların qanunsuz hasilatına qarşı mübarizəni, fövqəladə halların ləğvini əhatə edir.

XS
SM
MD
LG