Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:19

Son 5 ildə nəqliyyat sektorunun inkişafına 5 milyard dollar ayrılıb


Son beş ildə Azərbaycanda nəqliyyat sektorunun inkişafına dövlət büdcəsindən 5 milyard dollardan artıq vəsait ayrılıb. APA-nın xəbərinə görə, bu barədə baş nazirin müavini Abid Şərifov “Strateji tərəfdaşlıq 1520: Qafqaz regionu” beynəlxalq regional biznes forumunun açılışında bildirib. Onun sözlərinə görə, 2006-2010-cu illər ərzində nəqliyyat sektoruna iki milyard dollar həcmində kredit cəlb olunub. Onlarda Azərbaycanın payı 400 milyon dollar təşkil edib.

Respublikada dəmiryol nəqliyyatının inkişafına böyük əhəmiyyət verilir. Bu il 2010-2014-cü illər dəmiryolun inkişafı üzrə dövlət proqramı təsdiqlənib. Bu sənəd dəmir yollarının yenidən qurulmasını, siqnal sisteminin modernləşdirilməsini, yeni vaqonların alınmasını nəzərdə tutur. Proqramın dəyəri 1,2 milyard dollardır.

Abid Şərifovun sözlərinə görə, Azərbaycan öz nəqliyyat sisteminin inkişafı ilə yanaşı, TRACECA, Şimal-Cənub, Qərb-Şərq kimi dəhlizlərin də inkişafında fəal rol oynayır.

Hazırda Azərbaycanın dəmiryol sisteminin Gürcüstan və Türkiyənin dəmiryol sistemi ilə birləşdirilməsini nəzərdə turan Bakı-Tbilisi-Qars marşrutu ilə dəmiryolun tikintisi üzrə işlər gedir. Yeni xəttin 2012-ci ilədək istismara verilməsi planlaşdırılıb. 2013-cü ilədək Türkiyədə Bosfor boğazından dəmiryol tunelinin istismara verilməsi nəzərdə tutulub ki, bu da Asiyadan Avropaya yük və sərnişindaşımaların çıxışına imkan verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG