Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:22

Allah qadını hüquqsuz yarada bilməzdi


Kəşmişdə hindi müsəlmanların aksiyası, 31 Avqust 2010
Kəşmişdə hindi müsəlmanların aksiyası, 31 Avqust 2010
ALLAH MƏNİ HÜQUQUSUZ YARADA BİLMƏZDİ

Asma Uddin Dini Azadlıqlarla bağlı Becket Fondunun beynəlxalq hüquqa dair vəkili, Vaşinqton Post qəzetinin əlavəsi olan Altmuslimah saytının redaktorudur. O, gender və İslam məsələlərini araşdırır. Asma Uddin verdiyi müsahibədə müsəlman qadınlar və gender, dini azadlıqlar haqda danışıb.


Asma Uddin
NƏDƏN İSLAMİ SAYTA EHTİYAC VAR?

Altmuslimah gender və İslamla bağlı çox özəl təcrübədən yaranıb. Amerikada böyüyəndə, orta və ali məktəbdə oxuyanda, mən hər zaman dinin, dini biliklərin içində olmuşam. Mənim dinlə bağlı ilıq, qeyri-müəyyən təsəvvürüm vardı. Bu nəsə konfliktsiz və birmənalı bir şeydi.
Mən kollecə daxil olanda bu mövzuda qarışıqlıq-dolaşıqlıq hiss etməyə başladım. O cümlədən İslamın müəyyən interpretasiyaları ilə üzləşdim. Bu da mənim islamla bağlı sadə təsəvvürlərimə uyğun gəlmirdi. Mənim məktəbimdə xeyli əcnəbi tələbə vardı, xüsusən də Yaxın Şərq ölkələrindən oğlanlar çox idi, onlar müsəlman-amerikalı tələbələrdən ayrı təşkilatlar yaratmışdılar. Onların İslam versiyası bizimkindən xeyli fərqliydi, ələlxüsus da qadınlarla bağlı təsəvvürləri daha aydınıydı. Əlbəttə əcnəbi tələbələr arasında qadınlar yoxuydu. İşdi, qadınlar onların tədbirlərində iştirak etmər istəsəydilər, mütləq pərdə arxasından danışmağa məcbur idilər və ya da öncül vəzifələrdə iştirak edə bilməzdilər. Amma əksinə, Müsəlman Tələbə Assosasiyasının qadın prezidenti vardı.


ADİ ADAMLARIN DEDİKLƏRİYLƏ İSLAM ARASINDA FƏRQLƏR ÇOXDUR

Öz dini ilə yetərincə fəxr edən biri kimi mən bu yanaşmadan heyrətə gəlmişdim. Bu da mənim daxilimdə əksini tapmağa başladı və bir qədər də qarışıqlıq yaratdı. Mənim içimdə Allah və İslam, mənim burdakı yerimlə bağlı dərin bir sual baş qaldırmışdı. Mən cinslərin bərabərliyi və onların bərabərliklərinin uyğunluğunu elə güclü duyurdum ki, amma bu yalnız mənim çevrəmin qənaətiydi, yoxsa Allahın buyruğu idi? Başqa sözlə, mən bu qədər çox sevdiyim dinə nə qədər uyğun gəlirdim.
Mən qıraqdan sosial şərhlərə və camaatın danışdıqlarına baxırdım. Mən çox böyük, amma sadə bir şeyi dərk etmişdim ki, Allah məni hüququsuz biri kimi yarada bilməzdi, o məni bərabərhüquqlu və ləyaqətli biri kimi azad şəkildə ona çatmağım üçün yaradıb. Mən bu vəziyyətdən çıxanda artıq əvvəlkindən daha güclü müsəlman idim.
O vaxtdan bəri kişilərlə münasibətdə mən yalnız bu qənaətimə əsaslanıram.


HƏRƏMXANA, BURQA, TALİBAN...

İctimai aspektdən götürəndə Altmuslimahı yaratmağımın başlıca səbəbi cəmiyyətin diqqətindən kənarda apardığım mübarizəmi çatdırmaqdır. Misal üçün, müsəlman qadınların mətbuatda təsvirlərinin verilməsi mənim mübrizəmi daha qabarıq edir. Müsəlman olmayanların İslam haqda düşüncələri əsasən stereotiplərlə bağlıdır, məsələn bu genderlə, hərəmxana və ya çoxarvadlılıqla, Əfqanıstanda qadınları təhqir edən Taliban, ya da burqa ilə bağlıdır. Altmuslimahda problemlərə yanaşmada baxışların müxtəlifliyi, intellektual, səmimi cəhətdən toxunmağımız onların başqa yöndən görünməsinə rəvac verir. Mən Altmuslimahı olduğu kimi saxlamaq istəyirəm, onu süni yolla inkişaf etdirmək və böyütmək niyyətim yoxdur. Mən səmimiyyət həddini qorumaq və əmin olmaq istəyirəm ki, bu sayta yazan və ya bura gələn hər kəs burda həqiqətən də dərin məsələləri araşdıra bilər.


ZÜLM EDİLƏN QADINA ÖRNƏK ÖZÜMƏM?

- Siz İslamla bağlı stereotiplərdən danışdız. Əgər kimsə sizə desə ki, qadınlar əsarətdədir, onlara zülm olunur, dinə görə qadınlar arasında bərabəlik yoxdur, onları hara yönləndirərdiz?

- Düşünürəm ki, ən asan yol – mənim veb-saytım istisna olmaqla – onlara mənim özümü göstərmək olardı. Burda mən özüməm, müsəlman qadınam. Məni dəstəkləyən ərim, onunla və həyatımdakı başqa kikişilərlə gözəl münasıbətlərim var. Adi sosial məhdudiyyətləri çıxmaq şərtiylə mənə və uğurlarıma qadağa qoyacaq dinim olmayıb. Mən vəkil işləyəndə hicab da taxmışam. Mən özümü inancımın təmsilçısı kimi başqalarına göstərmişəm. Sonra başa düşdüm ki, təkbaşına qərar verməyi dayandırmalıyam. Stereotiplərin yanlışlığını sübut edən bu ölkədəki və dünyadakı çoxsaylı müsəlman qadınların misalları da var axı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG