Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:50

Dəmir yolunda qiymətlərin artırılması üçün hökumətə müraciət olunacaq


Ziya Məmmədov

Ziya Məmmədov

“Nəqliyyat Nazirliyi və “Dövlət Dəmir Yolları” QSC ilə dəmir yolunda qiymətlərin artırılması ilə bağlı hökumətə müraciət edəcək”.

Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov deyib. O bildirib ki, dəmir yolunda qiymətlərin artırılması üçün əsas var:

“Azərbaycan dəmir yolundakı qiymətlər həm MDB, həm də dünyada ən aşağı səviyyədədir. Bu isə nəqliyyatın dəmir yolu infrastrukturuna özünün sosial və texniki problemlərini həll etməsində problemlər yaradır. Artıq Azərbaycanda sosial problemlər yoxdur. İnsanların maddi imkanları düzəlir və onlar dəmir yolu xidmətlərinə daha çox xidmət haqqı ödəmək imkanındadırlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG