Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

Parlamentdə 2011-ci il dövlət büdcəsi layihəsi müzakirə olunur


Bu gün parlamentdə Azərbaycanın 2011-ci il dövlət büdcəsinin layihəsi müzakirəyə çıxarılıb. İclasda baş naziri Artur Rasizadə və hökumət nümayəndələri iştirak edirlər.

Parlamentin spikeri Oqtay Əsədov bildirib ki, dövlət büdcəsinin gəlir və xərclər hissəsində 4-5 faizlik artım, Dövlət Sosial Müdafiə Fondunun büdcəsində isə 12 faizlik artım nəzərdə tutulub.

Maliyyə naziri Samir Şərifov deyib ki, 2011-ci il üçün büdcənin gəlirləri 12 061 mln. manat, xərcləri isə 12 748 mln. manat həcmində proqnozlaşdırılır. Büdcə tərtib olunarkən neftin 1 barelinin qiyməti 60 ABŞ dolları səviyyəsində götürülüb. Gələn ilin icmal büdcəsinin gəlirləri 15 558 mln. manat, xərcləri isə 15 129 mln. manat həcmində proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikasının gəlir və xərcləri isə eyni məbləğdə - 393 mln. manat proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG