Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:38

Bölgə teatrlarında kadr dəyişikləri olub


Mədəniyyət və Turizm Nazirliyi bölgə teatrlarında kadr dəyişikləri edib.

Gümrah Ömərov Gəncə Dövlət Dram Teatrının baş rejissoru, Oruc Qurbanov İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Həsən Həsənov Mingəçevir Dövlət Dram Teatrının direktoru, Günay Səttarova Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru təyin edilib.

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirib ki, G.Ömərov bu vəzifədə respublikanın əməkdar incəsənət xadimi Bəhram Osmanovu əvəzləyəcək. Yeni baş rejissor teatrda oktyabarın 11-dən fəaliyyətə başlayıb.

XS
SM
MD
LG