Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:12

Bölgə teatrlarında yeni kadr təyinatları olub


Mədəniyyət və Turizm Nazirliyi bölgə teatrlarında kadr dəyişiklikləri aparıb. Gümrah Ömərov Gəncə Dövlət Dram Teatrının baş rejissoru, Oruc Qurbanov İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Həsən Həsənov isə Mingəçevir Dövlət Dram Teatrının direktoru, Günay Səttarova Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru təyin edilib.

Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirib ki, G.Ömərov bu vəzifədə respublikanın əməkdar incəsənət xadimi Bəhram Osmanovu əvəzləyəcək. Yeni baş rejissor teatrda oktyabarın 11-dən fəaliyyətə başlayıb.
XS
SM
MD
LG