Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:39

İran İspan jurnalisti ölkədən qovdu


İspaniyanın gündəlik "El Pais" xəbər verir ki, Tehran onun müxbirinin bu ölkədə qeydiyyatını ləğv edib və jurnalist Angeles Espinosadan iki həftə müddətində İranı tərk etməsini tələb edib. Məlumata görə rəsmilər bu qərarları barədə jurnalistə heç bir əlavə izah verməyiblər.

Amma Tehran bu addımı qəzetin bu ilin iyul ayında İranın keçmiş dissidenti Ayətullah Hüseyn Əli Möntəzirinin oğlu ilə müsahibə yaymasından sonra atır.
Həmin müsahibədən sonra jurnalisti Qum şəhərində saxlayıb onun jurnalist vəsiqəsini müsadirə etmişdilər.

"El Pais" xəbər verir ki, İspaniyanın Xarici İşlər naziri də iranlı həmkarına müraciət edərək jurnalistin fəaliyyətini davam etdirməsinə imkan verilməsini xahiş edib. Jurnalist son beş ildə İrandan bu qəzet üçün yazırmış.
XS
SM
MD
LG