Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:20

«AXCP-Müsavat» seçki bloku mitinq üçün meriyaya məktub göndərib


«AXCP-Müsavat» seçki bloku oktyabrın 17-də mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib. Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Arif Hacılının sözlərinə görə, blok məktubda Qara Qarayev prospektində «Praqa» restoranının qarşısından başlayaraq «Təbriz» kinoteatrının qarşısına qədər yürüş və «Təbriz» kinoteatrının qarşısında mitinqin keçirilməsi, 20 nömrəli məktəbdən başlayaraq, Parlament prospektindən keçməklə Hüseyn Cavid bağına qədər yürüş və mitinq, Sabir bağından başlayaraq Azərbaycan küçəsindən keçməklə Füzuli meydanına qədər yürüş və mitinq, Səməd Vurğun bağı, Cəfər Cabbarlı meydanı, Nərimanov adına kinoteatrın qarşısındakı parkda, Dilarə Əliyeva küçəsi və Şəmsi Bədəlbəyli küçələri arasında, «Respublika» sarayının qarşısındakı parkda, Prezident Administrasiyasının, Bakı Şəhər İcra Hakimiyyətinin və Nazirlər Kabinetinin binalarından 200 metr radiusda istənilən ərazidə aksiya keçirmək niyyətində olduğunu bildirib.
XS
SM
MD
LG