Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:47

Eqreb.com satirik saytı Azərbaycanda qadağan edildiyini deyir


Eqreb.com satirik bloqu Azərbaycanda senzuraya məruz qalması haqda xəbərləri Azadlıq Radiosuna açıqlamasında təsdiqləyir.

“Saytımız Azərbaycanda baş verən siyasi və ictimai proseslərə münasibətini öz satirik üslubu ilə İnternet istifadiçiləri ilə bölüşür. Günümüzün İnternet məkanında belə bir boşluğun varlığından istifadə edib bu cür satirik e-jurnal yaratmaq qərarına gəldik və çox keçmədi ki, Azərbaycan sərhədləri daxilində qadağa ilə üzləşdik.

Verilən məlumata görə, oktyabrın 8-dən saytımız Azərbaycanda heç bir provayder vasitəsilə açılmır. Saytda siyasi köşə yazıları, karikaturalar, fotolar, videolar və materialların varlığı görünür hakimiyyətdəki bəzi dairələri narahat etdiyinə görə qadağan olunub.

Bir tərəfdən də qarşıdan parlament seçkiləri gəlir. Sözün düzü qısa zamanda seçkilərlə əlaqədar çox maraqlı və səs salacaq materiallar yayımlamağı düşünürük. Görünür bunun da böyük təsiri olmamış deyil.

Əgər mövcud hakimiyyət azadlıqdan və şəffaflıqdan danışırsa, təhqirə yol vermədən fəaliyyət göstərən satirik bloqa qadağa qoymamalıdır. Hakimiyyətin bloqlara və bloggerlərə qarşı qərəzi onu növbəti dəfə antibloq addımlar atmağa sövq edir”.

Eqreb.com saytı prezident İlham Əliyevin də karikaturasını dərc edib.

Sayt bundan sonra Azərbaycandakı oxucuları ilə dolayısı yolla – proxy saytlar vasitəsilə əlaqə yaratmağa çalışacağını bildirir.

Eqreb.com qadağa probleminin aradan qaldırılmasında kömək üçün əvvəlcə Azərbaycandakı hüquq-müdafiə təşkilatlarına, daha sonra isə xaricdəki beynəlxalq qurumlara, o cümlədən “Sərhədsiz Reportyorlar” təşkilatına müraciət etmək fikrindədir.

Məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.
XS
SM
MD
LG