Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:54

Qırğızıstandakı seçkilərdə bakiyevçilər birincidir


Oktyabrın 10-da qırğızlar seçki məntəqələrinə gediblər ki, səs verərək ölkənin gələcəyini müəyyən etsinlər.

Amma ilkin nəticələr göstərir ki, ölkə öz keçmişindən ayrıla bilməyə və yeni parlamentdə böhran yarana bilər.

Seçkidə ən çox səs qazanan partiya – millətçi yönümlü Ata-yurt Partiyasının ölkənin cənubunda qırğızlar arasında böyük dəstəyi var.

6 ay qabaq devrilən prezident Bakiyev həmin bölgədəndir və

Bakiyev hökumətində təmsil olunmuş rəsmilərin bir çoxu indi Ata-yurt Partiyasındadır

Ata Yurt bütün partiyalardan çox – 8,69 faiz səs toplayıb. Prezidentin səlahiyyətlərini azaldıb parlamentə verən yeni konstitusiyanın təşəbbüskarı – hakimiyyətyönlü Sosial-Demokrat Partiyası bir qədər az – 8,13 faiz səs toplayıb.

Ümumilikdə 5 faizlik barajı aşıb parlamentə düşə bilən partiyaların sayı 5-dir.

120 yerlik parlamentə bu qədər partiyanın düşməsi o deməkdir ki, yeni hökuməti qurmaq asan olmaya bilər. Bunun üçün 3, yaxud 4 partiyanın razılığa gəlməsi lazım ola bilər.

Bu, ilkin nəticələrdir. Yekun rəqəmlər bu həftənin sonuna qədər məlum olacaq.

Ata-yurt Partiyasının seçkidə çox səs toplayacağı proqnozlaşdırılırdı, amma heç kəsin ağlına gəlməzdi ki, o, birinci olacaq.

Ata-yurt seçki kampaniyası vaxtı qatı millətçi platformadan çıxış edirdi və prezident respublikasının bərpa olunmasına çağırırdı.

Ata-yurt Partiyasına Bakiyev hökumətində fövqəladə hallar naziri olmuş Kamçibek Taşiyev başçılıq edir.

Bişkəkin keçmiş meri Nəriman Tyuleyev, vergi polisinin keçmiş rəisi Axmat Keldibekov da partiyanın rəhbərliyində təmsil olunur.

Aprel hadisələri zamanı Bakiyevə loyal qüvvələrin öldürdüyü şəxslərin qohumları

Bir həftə qabaq Ata-yurtun Bişkəkdəki qərargahını yandırmışdılar

Qırğız siyasi şərhçi Mars Sarıyev deyir ki, Ata-yurtun ümumilikdə ölkədə qeyri-populyar olmasına baxmayaraq seçkidə yüksək nəticə göstərməsi ilk növbədə cənub bölgələrinin hesabınadır, çünki Bakiyev orada hələ də populyardır.

“Bu, yeni bir fenomendir - regional klanların gücü fenomeni. Cənubdakı elita bu seçkiləri mənim fikrimcə, bir intiqam şansı kimi görür”.

Seçkidə 5,71 faiz səslə beşinci olan hakimiyyətyönlü Ata meken partiyasının sədri Omurbek Tekebayev səsvermə nəticələrini belə ümumiləşdirib.

“Ilk dəfə olaraq Qırğzıstanda koalisyon hökumətimiz olacaq. Amma həmin hökumətin quruluşu mənim üçün qeyi-müəyyəndir”.

Koalisiyanın necə qurulacağı həm də iki partiyadan asılıdır. Bunlar - səsvermədə üçüncü olan Ar-Namıs Partiyası və dördüncü olan Respublika Partiyasıdır.

Kamçibek Taşiyev
Ar-Namıs Partiyası rusiyayönümlü sayılır, ona Bakiyev hakimiyyətində baş nazir olmuş Feliks Kulov başçılıq edir.

Kulov da prezident respublikasının bərpasına çalışır

Respublika Partiyasına isə Bakiyevin dövründə baş nazirin müavini işləmiş biznesmen Omurbek Babanov rəhbərlik edir.

Orta Asiyalı ekspert Erika Marat deyir ki, keçmiş bakiyevçilərin təmsil olunduğu Ata-yurt hakimiyyətyönlü Ata mekenlə koalisiyaya gedə və bu koalisiyaya sonrakı yerlərdən birini tutan partiyalardan birini cəlb edə bilər.

Başqa bir senari isə iki hakimiyyətyönlü partiya - Ata meken və sosial-demokratların koalisiyaya girib Respublika, yaxud Ar-Namıs partiyalarından birini oraya cəlb etməsi, qalib Ata-yurt partiyasını kənarda qoyması ola bilər.
XS
SM
MD
LG