Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:28
2010-ci il iqtisadiyyat üzrə Nobel mükafatı iki amerikalı alimə - Massaçusets Texnologiya İnstitutundan 70 yaşlı Piter Diamonda, Northwestern Universitetindən 71 yaşlı Deyl Mortensenə və əslən Kiprdən olan 62 yaşlı britaniyalı – Londonun İqtisadiyyat Məktəbindən Kristofer Pissaridisə verilib.

İqtisadiyat üzrə Nobel mükafatı komitəsinin sədri Bertil Holmlund qərarı belə izah edir: “Bəzi şirkətlərdə boş yerlər var, ancaq onlar bu iş yerlərini doldurmaqda çətinlik çəkə bilərlər. İşsiz adamlar da öz növbəsində özlərinə uyğun iş yerləri tapmaqda daha çox vaxt itirə bilərlər. Diamond, Mortensen və Pissaridis belə şəraitdə bazarların işini izah edən nəzəriyyəni inkişaf etdiriblər”.

Yeni Nobel mükafatçıarının nəzəriyyəsi niyə hətta iqtisadi vəziyyət yaxşılaşanda belə, şirkətlərin boş iş yerlərini doldurmaqda, isizlərin iş tapmaqda çətinlik çəkdiyini izah edir və hökumətin hansı sahələrdə bu problemin həllinə kömək edə biləcəyini göstərir.

İqtisadiyyat üzrə Nobel mükafatı 1968-ci ildə təsis olunub. 1969-cu ildən verilir.
İndiyə kimi 41 dəfə və ümumilikdə 64 alimə verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG