Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:48
Britaniyada aparılmış araşdırmanın nəticələrinə görə, gün ərzində kompüter və televizor qarşısında 2 saatdan artıq vaxt keçirən uşaqların psixoloji problemlərlə üzləşmə ehtimalı daha çoxdur.

Alimlər müəyyən ediblər ki, gün ərzində kompüter qarşısında bir neçə saat vaxt keçirən 11 yaşına qədər olan uşaqlar onların psixoloji cəhətdən nə dərəcədə sağlam olduqlarını göstərən sorğu vərəqini doldurarkən nə qədər idmanla məşğul olub-olmamalarından asılı olmayaraq pis nəticə göstəriblər.

Araşdırmanı Bristol Universitetinin alimləri aparıblar. Araşdırmaya Angie Page rəhbərlik edib.

KOMPÜTERDƏ CƏMİ 2 SAAT!


O, vaxtının 2 saatdan çoxunu kompüter və televizor qarşısında keçirən uşaqların valideynlərinə uşaqlarına nəzarət etməyi, bu vaxtı 2 saatla məhdudlaşdırmağı tövsiyə edib.
2 saatdan artıq televizor və kompüter qarşısında vaxt keçirən uşaqların psixoloji problemlərlə üzləşmək riski digərlərindən 60 faiz daha çoxdur. İdmanla məşğul olmayanlarda isə belə bir risk idmanla məşğul olanlardan çox az çoxdur


Araşdırmada 1013 uşaq iştirak edib. Araşdırmanın rəhbəri Angie Page deyib ki, araşdırmadan sonra kompüter və televizor qarşısında daha çox vaxt keçirən uşaqların sonradan psixoloji problemləri olur. O deyir ki, belə də düşünmək olar ki, bəlkə də, psixoloji problemləri olan, məsələn, həddindən artıq utancaq olan uşaqlar televizor və ya kompüterə meyl edirlər, nəinki başqa uşaqlarla ünsiyyətə. Buna görə də hansının səbəb, hansının nəticə olduğunu aydın göstərən sübut yoxdur. Bununla belə doktor Page deyir ki, hətta ən sağlam uşaqlar belə əgər kompüter və televizora çox vaxt ayırsalar, onların psixoloji problemləri ola bilər.

İDMANLA VƏ KOMPÜTERLƏ MƏŞĞUL OLANLARIN FƏRQİ


Araşdırma zamanı uşaqlardan bu suallara cavab vermələrini istəyiblər: “Mən adətən tək oynayıram, uşaqlara qoşulmuram”. Ya da “mən tez kədərlənirəm, tez ağlayanam”. Cavab verən uşaq bununla razı olub-olmadığını “razıyam, qismən razıyam və razı deyiləm” cavabları verməlidirlər. Uşaqlar idmanla nə qədər məşğul olduqlarını da göstəriblər. Eyni zamanda kəmərlərinə onların fəallığını ölçən xüsusi bir cihaz da birləşdirilib. Bu cihaz bir həftə ərzində onların fəallığını ölçüb. Müəyyən olunub ki, az idman edənlər və ümumiyyətlə, idmanla heç məşğul olmayan uşaqlar belə psixoloji testdə pis nəticə göstərməyiblər. Boş vaxtlarını televizor və kompüter qarşısında keçirən uşaqların psixoloji testlərini nəticələri isə pis olub.

Alimlər yekun nəticədən belə qənaətə gəliblər ki, 2 saatdan artıq televizor və kompüter qarşısında vaxt keçirən uşaqların psixoloji problemlərlə üzləşmək riski digərlərindən 60 faiz daha çoxdur. İdmanla məşğul olmayanlarda isə belə bir risk idmanla məşğul olanlardan çox az çoxdur. Əsas məsələ kompüter və televizor qarşısında vaxt keçirilməsindədir.

UŞAQLIQDA TELEVİZORA ÇOX BAXAN....


Angie Page deyir ki, “siz kompüter və televizor qarşısında keçirdiyiniz vaxtı fəal idmanla məşğul olmaqla kompensasiya edə bilməzsiniz. Əlbəttə, fiziki fəallıq sağlamlıq üçün xeyirlidir. İstənilən halda valideynlər uşaqlarının kompüter və televizor qarşısında keçirdikləri vaxtı məhdudlaşdırmalıdırlar”.

Bundan əvvəlki araşdırmalar da televizora çox baxmağın uşaqların gələcəkdəki davranışına təsir etdiyini sübut edib. Məsələn, may ayında Montreal Universitetinin apardığı araşdırmadan məlum olmuşdu ki, uşaqlıqda televizora çox baxanlar sonradan məktəb yaşına gəldikdə dərslərini yaxşı oxumur və qeyri-sağlam yeməklərlə qidalanmağa meylli olurlar. 2004-cü ildə Uşaq Xəstəxanasında aparılmış bir araşdırma müəyyən edib ki, diqqətsizlik və hiperaktivlik sindromu televizora çox baxmaqla birbaşa bağlıdır.

Hazırda Avstraliyada və ABŞ-da valideynlər üçün rəsmi bir təlimat var. Həmin təlimatda valideynlərə uşaqlarına gün ərzində 2 saatdan artıq televizora baxmasına imkan verməsin. Belə bir təlimat Britaniyada yoxdur.

Mənbə: Guardian

Tərcümə etdi: Kəbiran Dilavərli

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG