Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:07

Lənkəranda 2000 nəfərlik etiraz aksiyası


Bir ilə yaxındır ki, balıqçıları dənizə buraxmırlar

Bir ilə yaxındır ki, balıqçıları dənizə buraxmırlar

Lənkəran rayonun ikinci Nərimanabad kənd sakinləri oktyabrın 11-də etiraz aksiyası keçiriblər.

Kəndin 2000 mindən çox sakini bir yerə toplaşaraq məktəbi və yerli icra orqanlarını boykot edəcəklərini elan ediblər. Hadisə yerinə rayon icra hakimiyyəinin əməkdaşları gəlib aksiyaçılara dağılışmağı təklif ediblər. Bu təklifə əhəmiyyət verilmədiyi üçün hadisə yerinə polis dəstələri göndərilib. Sakinlər Bakı-Astara yolunu bağlamaq istəsələr də, buna nail ola bilməyiblər.

İkinci Nərimanabad kəndi Xəzər dənizinin sahilində yerləşir, 4000 min nəfərdən çox əhalisi var. Əhalinin əsas məşğuliyyəti balıqçılıqdır.

Kənd sakini Nasir Əhmədovun dediyinə görə, bir ilə yaxındır ki, balıqçıları dənizə buraxmırlar:

«Balıqçıların çörək almağa belə imkanları yoxdur. Uşaqlar məktəbə getmir. Bu gün keçirilən etiraz aksiyası hökumətə xəbərdarlıqdır».

Lənkəran polis şöbəsinin rəis müavini Cavanşir Novruzov AzadlıqRadiosuna bildirib ki, ötən gecə Liman qəsəbəsində əməliyyat keçirilib. İkinci Nərimanabad kəndi də qəsəbənin yaxınlığında yerləşir. Kənd sakinləri də bu əməliiyatın keçirilməsinə qarşı çıxırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG