Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:44

QAT Daşnaksütyun Partiyası nümayəndələrinə etiraz edib


Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları Sosialist İnternasionalının Bakıda keçirilən regional konfransında Ermənistanın Daşnaksütyun Partiyasının nümayəndələrinin iştirakına etiraz edib.

Etirazçılar konfransın keçirildiyi Milli Parkdakı Biznes Mərkəzinin qarşısında “Erməni daşnakları Bakını dərhal tərk edin!” şüarı ilə etiraz aksiyası keçirib. Onlar polislə qarşıdurma şəraitində Biznes Mərkəzinin foyesinə daxil olublar.

QAT rəhbəri Akif Nağı bildirib ki, polis etirazçıları foyedən çıxarıb. Təşkilatın bir neçə fəalı saxlanılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG