Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:43

Azərbaycanla İranın müdafiə nazirləri görüşüb


Bu gün Azərbaycanda rəsmi səfərdə olan İranın müdafiə naziri Əhməd Vahidinin Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə geniş tərkibdə və təkbətək görüşü olub.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfər Əbiyev bildirib ki, regionda əməkdaşlığın inkişaf etdirilməsi üçün sabit şəraitin mövcud olması əsas şərtdir: “Azərbaycan bölgədə sülhün, əmin-amanlığın hökm sürməsini istəyir. Amma əfsuslar olsun ki, hələlik buna nail ola bilmirik. Regionda təhlükəsizliyin təmin edilməsi üçün ən böyük maneçilik törədən problem Ermənistanın Azərbaycana təcavüzüdür. Ermənistanın təcavüzkar siyasəti regionda əsas gərginlik mənbəyidir”. Səfər Əbiyev deyib ki, buna əsas səbəb bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan etməsi ilə yanaşı, işğalçıya iqtisadi və hərbi yardım göstərməsidir.

Səfər Əbiyev bildirib ki, 2005-ci ildə hökumətlər arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra ayrı-ayrı nümayəndə heyətlərinin və işçi qruplarının görüşləri həyata keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG