Keçid linkləri

“Bakıda hər il tələb olunandan 2,7 dəfə az mənzil tikilir”.

Bu sözləri Azadlıq Radiosuna müsahibəsində Azərbaycanda daşınmaz əmlak bazarının monitorinqini aparan MBA LTD şirkətinin başçısı Nüsrət İbrahimov deyir.

Şirkətin son 3-4 il üzrə hesablamalarına görə, paytaxtda illik mənzil tələbatı 3 milyon kvadrat metrə yaxındır.

“Ancaq hər il Bakıda 1,2 milyon kvadrat metr mənzil tikilir."

“Bakının yüksək nöqtəsindən baxanda şəhərin 60-70 faizinin köhnə binalardan ibarət olduğu görünür. Ən çox mənzil alanlar da belə köhnə tikililərdə yaşayanlardır.

Əhalinin alıcılıq qabiliyyəti ilə mənzillərin qiyməti arasında isə kəskin fərq var.

Bakıda yeni, təmirli mənzilin hər kvadratmetri üçün ən az 1000 manat tələb olunur. Təkrar bazarda qiymətlər nisbətən ucuzdur”.

KREDİTLƏ EV ALMAQ

Ekspert deyir ki, mənzil bazarında kreditlə mənzil alqı-satqısı çoxalıb.

“Bakıda kreditlə ev almaq istəyən vətəndaşın ilkin ödəniş üçün minimum nə qədər vəsaiti olmalıdır?” sualımızı N.İbrahimov belə cavablandırdı:

«Söhbət yaşamağa yararlı mənzillərdən gedirsə, Bakının mərkəzinə yaxın ərazilərdə belə mənzillərin qiyməti 40-50 min, Bakı ətrafında 30-38 min manat arasındadır. Bu mənzilləri kreditlə almaq istəyənlərin mənzilin yerləşdiyi məkandan asılı olaraq 8-10 min manatı olmalıdır.

Tikinti şirkətləri də mənzilləri kreditə verir. Ancaq ipoteka krediti daha sərfəlidir. Çünki ipoteka krediti 25 ilə qədər və 8 faizlə verilir. Tikinti şirkətlərinin təklif etdiyi kreditlər isə qısamüddətli – ən çoxu 24 ay müddətinədir”.

50 MİN MAKSİMUMDUR

«4 nəfərlik bir ailənin aylıq gəliri 500 manatdırsa, onlar nə qədər ipoteka ala bilərlər?" - sualına Nüsrət İbrahimov belə cavab verdi:

«Banklar maksumum 50 min manat ipoteka verirlər. Ancaq bu məbləğ ailənin aylıq gəlirləri 1200 və daha yüksək olanlar üçündür.

500 manan gəliri olan ailə isə 11-12 min manat kredit üçün banklara müraciət edə bilər.

Araşdırmalarımız onu göstərir ki, ipoteka kreditlərinin verilməsində ötən illərdəki kimi vəsait qıtlığı yoxdur»

Potensial tələbat yüksək olduğundan N.İbrahimov yaxın illərdə mənzil bazarında kəskin ucuzlaşma gözlənilmədiyini deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG