Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:27

Lökbatandakı vulkan yenə püskürüb


Qaradağ rayonunda - Lökbatan qəsəbəsindən 250-300 metr aralıda yerləşən palçıq vulkanı püskürüb. Püskürmə 1 saata yaxın davam edib, formalaşan sarımtıl qara rəngli palçıq axını vulkanın qərb yamacı istiqamətində yayılıb.

AMEA-nın Geologiya İnstitutunun palçıq vulkanizmi və böyük dərinliklərin neftqazılılığı laboratoriyasının rəhbəri Adil Əliyev deyib ki, Geologiya İnstitutunun əməkdaşları ərazidədir və ətraflı məlumat günortadan sonra yayılacaq.

Lökbatandakı palçıq vulkanında ilk püskürmə 1829-cu ildə olub. İndiyə qədər həmin vulkan 22 dəfə püskürüb. Sonuncu püskürmə hadisəsi bu ilin fevralında olub.

XS
SM
MD
LG