Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:41

İsrail hökuməti vətəndaşlıqla bağlı mübahisəli qanun layihəsi qəbul edib


İsrail hökuməti yeni vətəndaşlarla bağlı mübahisəli qanun layihəsi qəbul edib.

Qanun layihəsinə görə, yeni vətəndaşlar demokratik və yəhudi dövləti kimi İsrailə sadiq qalacağını and içməlidir.

Qanunun qüvvəyə minməsi üçün onu parlament də qəbul etməlidir.

Amma qanun İsrail ərəbləri və yəhudi immiqrantlara şamil edilmir.

Qanun yalnız İsrail ərəbləri ilə evlənmiş İordan çayının qərb sahili və Qəzzədən olan fələstinlilərə aiddir.
XS
SM
MD
LG