Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:47

HƏRBİ ÇAĞIRIŞ VƏ XİDMƏTKEÇMƏ BARƏDƏ


________________________________________
Sual
Sual Kimdən: Yaqub Əliyev Haradan: mingəçevir
27.02.2011 19:56


Mən 1976-cı ildə Az.Neft və kimya institunu qurtarmışam. Hərbi biletimdə AR-nın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyim və ehtiyyata təxris olunduğum, ARMN-nin 0890 saylı əmri ilə qeyd olunub. Bilmək istəyirəm, mən ehtiyyatda olan hərbi qulluqçu və yaxud istefada olan hərbi qulluqçu sayılıram?

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
28.02.2011 13:59


Hərbi xidmət haqqında qanuna görə hərbi xidmət həqiqi hərbi xidmət və ehtiyatda xidmətdən ibarətdir. Hərbi xidmətdə olmağın son yaş həddinə çatan zabit və gizirlər (hərbi qulluqçular) ehtiyata buraxılır və onlar artıq ehtiyatda olan hərbi qulluqçu sayılır və onların rütbələrinə ehtiyatda olan sözləri əlavə edilir.
Həqiqi hərbi xidmətdə olma müddəti ilə ehtiyatda olma müddəti fərqlidir.
Müddətli həqiqi hərbi xidmət dövrü üçün son yaş həddi 37 yaşdır (bu müddət gizir, miçman və zabitlərdə fərqlidir), bu yaşdan sonra hərbi qulluqçu ehtiyata buraxılır və ehtiyatda olmanın son yaş həddinə qədər ehtiyatda qalır (bu müddət də rütbədən asılı olaraq fərqlidir).
Ehtiyatda olmanın son yaş həddinə çatan hərbi vəzifəlilər isə hərbi uçotdan çıxarılaraq istefaya keçirilirlər.
________________________________________
Sual Kimdən: Ali Aliyev
26.02.2011 17:44



Mən AR-nın ərazi bütövlüyü uğrunda aparılan əməliyyatda 12.03.94-08.09.95-ilə kimi hərbi qulluqçu ki8mi iştirak etmiş,ARMN-in 0809-saylı əmri
ilə ailə vəziyyətinə görə ehtiyyata təxris olmuşam.Bilmək istəyirəm ki,"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında"əsasnamənin 13-1-cisi mənə şamil olunurmu?Əvvəlcədən sizə təşəkkür edirəm.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
28.02.2011 13:58


Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.
Əgər siz Əsasnamədə göstərilən kateqoriyaya uyğun gəlirsinizsə, yəni ehtiyata buraxılmış hırbi qulluqçu statusuna maliksinizsə, o zaman Əsasnamənin tələblərinə uyğun olaraq torpaq sahəsi əldə edə bilərsiniz

Sual Kimdən: Elchin Huseynov
26.02.2011 17:33


Salam ! Azadliq radiyosu Bu qisa mektubla siza muraciyetimin esas sebebi, bezi teskilatlarin bize komek etmemesi barededir.Once onu bildirirem ki Siz daimi bizim kimi insanlara qaygi gostererek,geleceye umudle baxmaga sereit yaratmisiniz,bunun ucun size oz tesekkur ve minnetdarligimizi bildiririk.Men 24 il herbi xidmetde olmusam .1985-ci ilde Sovet ittifaqinin herbi mekteblerinde herbi tesil alaraq herbici kimi orduda xidmete baslamisam.1992-ci ilden milli orduda xidmetimi davam etdirmisem.Ister on xetde,isterse doyuslerde olmusam.Taley ele getirdi ki,saglamligim imkan vermedi xidmetimi davam etdirim.Men cebede olmaqla 2008-ci ilden xesteliyimle ordu siralarindan texris olundum.Men Turkiyede yerlesen Esgeri Tibbi Akademiyasinda emeliyat olundum ve yeniden yasamaq mene nesib oldu.Indi men hem muharibe veterani,hem 1 qrup eliliyem .Ancaq Prezidentin Fermanlarinda verilmis guzesler bezi teskilatlar terefinden verilmir.Her defe muraciyyet ederken bildirirlrr ki,siz teqayut alirsin iz.Ancaq muharibe veteranlarina verilen guzestin 11 manatini mene veriler,1 qrup elil oldugum ucun mene verilesi guzestlerden mehrum olmusam. Suraxani rayonu Emek ve Ehalinin Sosial Mudafiyesi sobesi hemin guzesti mene vermek istemir,bildirirler ki,men teqayut aliram.Bildirirler ki, men cehbede olmaqla herbi xidmeti vezifelerimi yerine yetirmemisem.Herbi xidmet dovrunde xestelenmisem.Hamisi Hazirler Kabinetinin qerarlarini mene gosterirler.Biri deyir sizde xestelik anadan gelme olub,biri deyir,on cehbede xidmet etmemisem.Men hec bir maddi komek istemirem, menim menevi huquqlarimin geri qaytarilsin.Axi men on cehbede nelerden kecmisem onu orada xidmet edenler gorub.Cetin veziyyetlerde basim defelerle yere deyib.Bunun neticesinde mende bas agrilari baslayib.Sonra eplektik tutmalarla dam olunub. Hekim bildirir ki,bu xestelik anadan gelme olub.Nece ki,bu anadan gelmedirse bu xestelik menim 45 yasimda niye baslasin.Men Size Merkezi Kilinik Hospitalin Hekim komisiyasinin sedrinin m ene verdiyi cavabi ve menim sadetlendirme senedlerinin suretini gonderirem.Mene komek edin men menebi haqqimi geri qaytarim.Eger men 1 qrup elilemse bu eliliyi vetenime qulluqda olub ve men vetenim ucun olmeyede haziram.

Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
20.03.2011 13:11


Əmək pensiyaları haqqında qanuna görə, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir.

________________________________________
Sual Kimdən: Nata Haradan: Baki
04.03.2011 21:33


Salam .Men sorusmaq isterdim ki, heqiqi hqrbi xidmetde olan ve hele ehtiyata buraxilmagina 6-7 ili qalmis zabit avtamatik olaraq xidmet etdiyi herbi hisseye ucota dusur? Ve onun ne vaxtsa evle temin olunmasi ne derece de realdir? Cox tesekkurumu bildirirem.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
20.03.2011 13:17


Hərbi qulluqçu ehtiyatda olmanınm son yaş həddinə çatdıqda hərbi uçotdan çıxarılır.
"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.

Sual Kimdən: Haradan: Baki
04.03.2011 21:33


Salam.Hörmətli vəkil mən Qarabağ döyüşlərində iki il iştirak etmişəm.Və bu mənim hərbi biletimdə özəksini tapıb.O vaxtlar məvacibi hərbidən üç qat alırdıq.Bİlmək istəyirəm təqaüdə çıxarkən həmin illər mənə altı il staj kimi hesablanacaqmı?
Cavab
Sual Kimdən: Fariz Namazlı Haradan: Bakı
02.06.2011 09:40


Əmək pensiyaları haqqında Qanunun 24-cü maddəsinə görə, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə nəzərə alınır .

________________________________________
Sual Kimdən: nimfus26@mail.ru
25.04.2011 12:31


salam men 2 ildiki herbi xidmete yararsiz sayiliram ve 3cu ilde yarasiz olmusham bilmek isteyerdimki 3cu ilde tam yararsiz hesab edilirem yoxsa 3 ilden sonra?
teshekkur.
Cavab
Sual Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.05.2011 11:07


Hərbi həkim ekspertizası haqqında əsasnamənin 6.2-ci bəndinə görə, Hərbi xidmətə çağırış zamanı «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər.

________________________________________
Sual Kimdən: nimfus26@mail.ru
02.05.2011 21:02


salam men 2 ildiki herbi xidmete yararsiz sayiliram ve 3cu ilde yarasiz olmusham bilmek isteyerdimki 3cu ilde tam yararsiz hesab edilirem yoxsa 3 ilden sonra?
teshekkur.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
04.05.2011 11:07


Hərbi həkim ekspertizası haqqında əsasnamənin 6.2-ci bəndinə görə, Hərbi xidmətə çağırış zamanı «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər.

________________________________________
Sual Kimdən: lale1982 Haradan: Baki
01.05.2011 15:09


eve qayidanda 2 nefer cantami elimden zorla alib qacib
birini tutub polise aparmisdiq, amma polisler onu ele hemin gun buraxdilar. 7 gun sonra qalan deste uzvleri de tutuldu, amma yene de buraxildilar.
men hara muraciet ede bilerem ki menim isime baxilsin.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
02.05.2011 09:02


Cinayət işinin başlanması barədə Polis idarəsinin rəisinə, Daxili işlər nazirinə şikayət ərizəsi yaza bilərsiniz. Eyni zamanda Polisin hərəkətlərini qanunsuz hesab edirsinizsə DİN-nin Daxili Təhqiqatlar idarəsinin rəisinə şikayət göndərə bilərsiniz.

________________________________________
Sual Kimdən:
06.06.2011 15:31


Salam. Hormetli vekil, menim yoldashim 16-il herbi qulluqda ishleyib. Sonra oz erizesi ile ishden azad olunub. Bilmek isteyirem herbi qulluqda ishlediyine gore staja gore ona pensiya dushur? Teshshekur edirem.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
16.06.2011 11:26


Əmək pensiyaları haqqında qanunun 9.5-ci maddəsinə görə,
Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır:
9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;
9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər;
9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.

Əgər sizin yoldaşınız bu kateqoriyalardan birinə düşürsə o halda əmək pensiyası ala bilər.
________________________________________
Sual Kimdən: Natiqz
25.07.2011 18:05


esalamu eleykum..bagisdiyin sizi narahat edirem..sizden bir xahishim var..men esger gedirem Ayin 1 i nazirlikden gelen siyahida adim cixmiyib ve menimle beraber cox ushaqlarin adi cixmiyib..ve vayankamata da zeng vuranda iinci siyahi ne vaxt gelecek deye sorusuram heresi bir reqem deyir..ve shaiyeler de gezir ki,adi cixmiyanlar oktyabira qala biler bizde oktyabira qalmaq istemirik..sizden xahish edirem zehmet olmasa bunu arashdirardiniz da.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
30.07.2011 15:14


Respublika Hərbi Komissarlığına rəsmi şəkildə ərizə ilə müraciət edib nəticəsini öyrənə bilərsiniz .

________________________________________
Sual Kimdən: Natiqz
14.09.2011 12:29


salam.menim oglum yanvar 2011ci ilde herbi xidmete cagirilmisdir. iyun ayinda xestelendiyine gore herbi hospitala mualiceye gonderilmisdir.mualice olunarken ureyinde xestelik askar olunmusdur.bu xesteliya gore ordudan terxis olunmasi barede herbi hekim tibb komisiyasi rey vermisdir.lakin onun xesteliyinin orduya getmemisdan qabaq oldugu reyi vermislar.sababini ise cagiris komisiyasinda EQK-nin olmamasi ile elaqadar vermislar.lakin f-3arayisinda hekimlarin onun saglam olmasi barada imzalari var.odur ki;onun herbicilere mecburi sigorta haqqi odenilmesi haqqinda qerarin onasamil edilmir. mene meslehet vermeyinizi xahis ediram. evvelceden minnedarliq ediram.
Cavab
Sual Kimdən: Vəkil Mərdəli Süleymanov
14.09.2011 12:31


- Bu məsələdə yeganə hüquqi yol belədir. Həmin şəxs rəsmən müdafiə nazirliyinə müraciət edib, oğlu üçün müavinət istemelidir.Egər müdafiə nazirliyi müavinət vererse, problem bununla da yoluna qoyulmuş olcaq.Yox, vermekden imtina edərsə, imtina məktubunu götürüb, sənədlərlə birgə məhkəməyə müraciət etməlidir. Herbi bilet de,şexsiyyət vesiqesi de, imtina mektubu da sənədlərin arasında olmalıdır. Belecə müraciət etsin aidiyyətı üzrə inzibati iqtisad məhkəməsinə. Artıq yanvarın 1-dən inzibati iqtisad mehkemeleri yaranıb.Egər mehkemede bele bir hal üzə çıxsa ki, onun oğlu xəstə-xəstə orduya aparılıb, onda mehkeme hərbi komisarlıq barədə xüsusi qərardad çıxarmalıdır.Yəni, filan komisarlıq flankəsi qanunsuz olaraq hərbi xidmətə aparıb.Belə olan halda hərbi komisarlıqdan konpensasiya da almaq olar.Həm konpensasiya, həm də müavinət.Yox əgər məhkəmədə müəyyən olunsa ki, həmin xəstəlik hərbi xidmət müddətində yaranıb, onda söhbət yalnız müavinətdən gedə bilər.Yəni həmin şəxs oğluna beləcə müavinət almış olar.

________________________________________
Sual Kimdən: Mehriban Haradan: Baki
18.10.2011 20:38


Salam.Mənim oğlumun aprel ayının 19-da,18 yaşi tamam oldu,tibbi baxişdan keçinceye qədər çagırış bitdi.İyul ayında çağırış vərəgini eline verdilər,lakin çagırış olmadi.Oktyabırın 15-de 2011 h/h -nin zənglə çagırışından sonra oraya yollandı.Orada ondan sadəcə soruşulub ki,hər hansı bir yerindən şikayyətin var mı?Vətənpərvərliyindən irəli gələn hisslərlə"Xeyir"deyərək ib.Sualım mı,iradım mı deyim,bundan ibarətdir:Üreyinin hər iki klapanlarının ayaqcığında blokada diaqnozu ve taxikordiyya qoyulub,revmotizm analizlərinin cavabi "müsbət" yəni pozitiv cıxıb,üstəlik bir ayağinda 1-ci dərəcəli yastipəncəlik var.Uşagin xeberi olmadan men hərbi komisarliga zəng vurub bunlari bildirdim,lakin mənə deyildiki orda elə bir şey yoxdur,qoyun uşaq əskərliyini cəksin,şikəst eləməyin.Bəs mən bu evladımı hər hansı hərbi məktəbə götürsəydim,onu bu kimi diaqnozla oranın qapısından daxil edməyə qoymazdılar,necə olur ki əskerliyə yararlı sayılır ve həm də tam da qaynar bolmələrə düşür.O zəif ürəyin üzərində silahı necə daşıyacaq? Mən də bir ana kimi evladımın əskərlikdən yayınmasını istəməzdim,lakin düşünürəm ki,onu ön cəphəyə deyil, arxa cəbhələrdəki h/h-lərə təyin etməlidilər.Ne oldu deyirlər uşaqlar h/h-lərə kompyuterla bəxtə-bəxt düşür,komputerin qabiliyyətinə siz baxın hələ,harda kasıb uşağı var o qaynar nöqtələrə düşür.Bu kompyutera bilgini məyər insanlar salmır mı? Hər halda inkishaf edən cəmiyyətdə bizlərin də bir şeydən anlayışımız var.Kompyuterlə də işləmişik,hətta proqram yazmağa da yardımcı olmuşam. Xahiş edirəm mənə bu məsələdə yardım edin.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: bakı
21.10.2011 10:05


Salam. Hərbi həkim ekspertizası haqqında Əsasnaməyə görə, hərbi xidmət vəzifələrini icra etmək imkanının bərpa olunmayacağına şübhəsiz əsaslar olduqda, həmin hərbi qulluqçunun hərbi xidmətə yararlılıq məsələsi həll edilir. Və bu zaman həmin əsasnamədə nəzərdə tutulan xəstəliklər şkalasına uyğun hərbi qulluqçunun sağlamlığı müayinə edilir

Sual Kimdən: azimova rena Haradan: baki
15.10.2011 19:18


Menim qardasim Xodcali faciesinden sonra Qarabagda konullu vurusub. Bu barede onun herbi biletinde de melumat var.Vurusdugu herbi hisseden xasiyyetnamesi ve arayisi da var. Muavinet de alirdi,dayandirildi.Dediler ki senin heqiqi veteran oldugun ucun arxive sorgu gondermisik,cavabi yoxdur.
Qardasim heqiqeten qarabaq veterani olduqu halda muavinet almir.Bize meslehet verin, ne edek.
Cavab
Kimdən: Fariz Namazlı Haradan: Bakı
17.10.2011 17:51


Əgər Müdafiə nazirliyinin qardaşınıza rəsmi şəkildə verdiyi yazılı məktubu varsa həmin məktubu məhkəmə qaydasında mübahisələndirə bilərsiniz, əgər belə bir rəsmi məktub yoxdursa, sadəcə şifahi şəkildə müavinəti ödəməkdən imtina edirlərsə, hər bir halda Məhkəməyə müraciət edərək müavinətin ödənilməsini (eyni zamanda əvvəlki aylar üzrə ödənilməmiş müavinəti) tələb edə bilərsiniz.

________________________________________
Sual Kimdən: Elchin Huseynov
10.11.2011 22:55


Salam ! Azadliq radiyosu.
Sizi QURBAN BAYRAMI MUNASIBETI ILE TEBRIK EDIREM! Size can sagligi arzulayiram.
Bu qisa mektubla siza muraciyetimin esas sebebi,bezi teskilatlarin bize komek etmemesi barededir.Once onu bildirirem ki Siz daimi bizim kimi insanlara qaygi gostererek,geleceye umudle baxmaga sereit yaratmisiniz,bunun ucun size oz tesekkur ve minnetdarligimizi bildiririk.Men 24 il herbi xidmetde olmusam .1985-ci ilde Sovet ittifaqinin herbi mekteblerinde herbi tesil alaraq herbici kimi orduda xidmete baslamisam.1992-ci ilden milli orduda xidmetimi davam etdirmisem.Ister on xetde,isterse doyuslerde olmusam.Taley ele getirdi ki,saglamligim imkan vermedi xidmetimi davam etdirim.Men cebede olmaqla 2008-ci ilden xesteliyimle ordu siralarindan texris olundum.Men Turkiyede yerlesen Esgeri Tibbi Akademiyasinda emeliyat olundum ve yeniden yasamaq mene nesib oldu.Indi men hem muharibe veterani,hem 1 qrup eliliyem .Men sigota meselesini hell etmisem.
Ancaq Prezidentin Fermanlarinda verilmis guzesler bezi teskilatlar terefinden verilmir.Her defe muraciyyet ederken bildirirlrr ki,siz teqayut alirsiniz.Ancaq muharibe veteranlarina verilen guzestin 11 manatini mene veriler,1 qrup elil oldugum ucun mene verilesi guzestlerden mehrum olmusam. Suraxani rayonu Emek ve Ehalinin Sosial Mudafiyesi sobesi hemin guzesti mene vermek istemir,bildirirler ki,men teqayut aliram.Bildirirler ki, men cehbede olmaqla herbi xidmeti vezifelerimi yerine yetirmemisem.Herbi xidmet dovrunde xestelenmisem.Hamisi Hazirler Kabinetinin qerarlarini mene gosterirler. Axi men on cehbede nelerden kecmisem onu orada xidmet edenler gorub.Cetin veziyyetlerde basim defelerle yere deyib.Bunun neticesinde mende bas agrilari baslayib.Sonra eplektik tutmalarla dam olunub. Dermanlarima her ay 60 manat verirem.
Men 1-ci qrup elil olaraq mene hec bir imtiyaz dusmurmu.
Mumkunse bu sualimi cavablandirmaginizi sizden xahis edirem.
Cavab
Sual Kimdən: Fariz Namazli Haradan: Baki
22.11.2011 12:49


Əmək pensiyaları haqqında Qanunun 5.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ
olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir.
Əgər sizə iki pensiya təyin edirlərsə, siz yalnız birini ala bilərsiniz ..

-----------------------------
Sual:
Kimdən: Əliyev Yaqub Şəhər: Mingəçevir

Mən AR-nın ərazi bütöblüyü uğrunda aparılan əməliyyatlarda 12.03.94.-08.09.95-ilə kimi hərbi qulluqçu kimi döyüşlərdə iştirak etmişəm. ARMN-nin 0809-saylı əmri ilə ailə vəziyyətinə görə ehtiyyata təxris olunmuşam.Bilmək istəyirəm ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" əsasnamənin 13-1-i mənə şamil olunurmu?Hərbi qulluqçu kimi.Təşəkkür edirəm.

Cavab:
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir.
Əgər siz Əsasnamədə göstərilən kateqoriyaya uyğun gəlirsinizsə, yəni ehtiyata buraxılmış hırbi qulluqçu statusuna maliksinizsə, o zaman Əsasnamənin tələblərinə uyğun olaraq torpaq sahəsi əldə edə bilərsiniz

Sual:
Kimdən: Əliyev Əli Şəhər: Mingəçevir

Xahiş edirəm məlumatlandırasınız: Ehtiyyatda olan zabit və ehtiyyata buraxılmış zabit kimlər sayılır.
Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

Hərbi xidmət haqqında qanuna görə hərbi xidmət həqiqi hərbi xidmət və ehtiyatda xidmətdən ibarətdir. Hərbi xidmətdə olmağın son yaş həddinə çatan zabit və gizirlər (hərbi qulluqçular) ehtiyata buraxılır və onlar artıq ehtiyatda olan hərbi qulluqçu sayılır və onların rütbələrinə ehtiyatda olan sözləri əlavə edilir.
Həqiqi hərbi xidmətdə olma müddəti ilə ehtiyatda olma müddəti fərqlidir.
Müddətli həqiqi hərbi xidmət dövrü üçün son yaş həddi 37 yaşdır (bu müddət gizir, miçman və zabitlərdə fərqlidir), bu yaşdan sonra hərbi qulluqçu ehtiyata buraxılır və ehtiyatda olmanın son yaş həddinə qədər ehtiyatda qalır (bu müddət də rütbədən asılı olaraq fərqlidir).
Ehtiyatda olmanın son yaş həddinə çatan hərbi vəzifəlilər isə hərbi uçotdan çıxarılaraq istefaya keçirilirlər.

Sual:
Kimdən: Natiq Şəhər: Baki

Salam.Hipermetropik astiqmatizm ve xroniki daxili babasil diaqnozu qoyulmus sexsi herbi xidmete apara bilerlermi? Cavabiniza gore evvelceden tesekkur edirem.
Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı

Hərbi xidmətə çağırılan vətəndaşların sağlamlıq durumları Hərbi həkim ekspertizası haqqında Əsasnaməyə uyğun müəyyən olunur. Qeyd etdiyiniz xəstəliklər həmin əsasnamənin xəstəliklər cədvəlində nəzərdə tutulursa, ona uyğun hərbi xidmətə çağırışın qaydası müəyyən olunur. Babasil diaqonuz qoyulmuş şəxslər dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olur. Digər, hipermetropik diaqnoz qoyulan şəxslərin hərbi xidmətə çağırılıb-çağırılmaması isə xəstəliklər cədvəlində olan siyahıya uyğun müəyyən edilir.


Sual:
Kimdən: Ceyhun Şəhər: Bakı
Müddətli hərbi xidmət dövründə (1996-2000) ehtiyata buraxılmış zabitlərə verilməmiş hərbi geyim forma dəstinə görə əşya əmlakı əvəzinə pul kompensasiyasına dair iddia müddəti ötürülmüşsə
qanunvericiliyə görə iddia müddəti hansı hallarda üzürlü hesab edilə bilər? Məhkəməyə əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsinə dair verilən iddia ərizəsində hansı qanunvericiliyə istinad
edilməli və əsaslar göstərilməlidir?
Qabaqcadan minnətdaram.
Cavab
Kimdən: Fariz Namazlı Şəhər: Bakı
İddia müddətinin tətbiq edilməsi qaydası Mülki Məcəllənin 375-ci maddəsində nəzərdə tutulur. 375.2-ci maddəyə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Göründüyü kimi, məhkəmə öz təşəbbüsü ilə iddia müddətinin ötürülməsini əsas götürərək iddianı rədd edə bilməz. Bunun üçün digər tərəfin yazılı ərizəsi olmalıdır.
İkinci məsələ ilə bağlı qeyd edim ki, əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi məsələsi Hərbi qulluqçuların statusu haqqında Qanuna uyğun həyata keçirilir. Qanunun 10.5-ci maddəsinə görə, Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir.
Nazirlər Kabinetinin Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələri, hərbi təhsil müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları»nın təsdiq edilməsi haqqında 20 oktyabr 2003-cü il tarixli 135 saylı Qərarına görə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi hissələri, hərbi təhsil müəssisələri və təşkilatlarının şəxsi heyətinin hərbi geyim və əşya əmlakı ilə təminat normaları" təsdiq edilib. lakin təəssüf ki bu normalar dərc olunmayıb, ona görə də orada pul kompensasiyasının hansı qaydada verilməsi barədə məlumat verə bilməyəcəm.


Sual
Kimdən: Hafiz Şəhər: Daskəsən

men 1992-1995-ci ile kimi Torpaqlarimiz ugrunda doyuslerde istirak etmisem bunu subut eden senedlerim de var herbi biletimde de yazilib arxiv arayisim da qeyd olunub 2002-ci ilde mene muharibe veterani adida veribler 2006-ci ilde de bu vesiqeni alib imtiyazlarimida deyandiriblar hara yazib muraciet edirem xeyiri olmur deyirler ki texris olma mohuru yoxdur ona gorede dusmur xahis edirem mene etrafli basa salasin ne edim ve bu ne derecede duzgundur

Cavab
Müharibə veteranı vəsiqəsinin sizdən geri alınması qanunsuzdur əgər o vəsiqə müddətsiz verilibsə, sonradan hansısa bəhanəylə geri alınırsa təbii ki siz bununla bağlı şikayət verə bilərsiz. Amma siz rəsmi yazılı qaydada Müdafiə NAzirliyinə müraciət edin, qoy onlar sizə yazılı imtina cavabı versinlər və siz həmin cavabdan 1 ay ərzində məhkəməyə müraciət edə bilərsiniz.
Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas



*********************************************************


Sual
Kimdən: Adil

22.08.2010 21:09 Mən Cəbiyev Adil ehtiyatda olan hərbi qulluqçuyam. Ehtiyatda olan Hərbi qulluqçuların bir dəfə pulsuz bir pay torpaq alma hüququ var. Hansı qanunun hansı maddəsi ilə Məhkəməyə bir pay torpaq sahəsini alma və ya bir pay torpaq sahəsinin dəyərində kampinsasiya alma iddiası ilə müraciət edə bilərəm? Əgər mümkündürsə İddia Ərizəsini tərtib etməkdə, təqdim etmək üçün sənədlərin siyahısını qeyd edərək Mənə köməklik etmənizi XAHİŞ EDİRƏM. Mümkün olarsa maddi vəziyyətim aşağı olduğu üçün pulsuz Vəkillədə təmin etməyinizi Xahiş edirəm. Öncədən minnətdarlığımı bildirirəm.

Cavab ---------------------
Kimdən: Elman Fəttah - Hüquqşünas

Kömək etmək mümkündür. Yaşadığı rayonun məhkəməsinə iddia ərizəsi verib belə bir tələbinin olduğunu söyləyə bilər. Məhkəmə də araşdırıb bir qərar çıxarar, icraya yönəldər.

Ehtiyyatda olduğu üçün ona belə hüquq yarandığı üçün ehtiyyatda olan hərbi qulluqçu olmasına dair sənədləri təqdim etməlidir.

İddi ərizəsini yarakən ona torpaq sahəsi ayırmalı olan dövlət idarəsinin adını, ünvanını qeyd etməli, ona belə hüquq yaradan əsasları yazmalıdır.


*************************************************


Sual
Kimdən: Samir Şəhər: Baki

20.09.2010 13:54 Salam, mən “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə görə maddə 51b I qrafası görə 29.01.2011 cil ilə qədər yarasiz hərbi bilet verilib. müalicəm bitib və mən tam sağlamam, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2010-cu ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. mən hərbi xidmətə getmək istəyirəm lakin, rayon hərbi komissarlığdan deyirlər ki, sənin hərbi bilet üzrə hələm müddətin bitməyib, bitəndə gələrsən , bu nə qədər düzgündür?

Cavab -----------------
Hərbi-Həkim ekepsertizası haqqında Əsasnamənin 2.11-ci bəndinə görə, Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Respublika Çağırış Komissiyasına həvalə olunur.

Respublika Çağırış Komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi, onların çağırış komissiyasına təqdim edilmiş şəxsi işlərinin və tibbi sənədlərin öyrənilməsi əsasında qiyabi keçirilir. Zərurət olduqda, göstərilən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi əyani keçirilə bilər.

Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Respublika Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir.

Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Respublika Çağırış Komissiyası rayon, şəhər (rayon bölgüsü olmayan) çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir.

Qeyd olunanlara əsasən, əgər Siz hazırda özünüzü tam sağlam hiss edirsinizsə, bununla bağlı hərbi komissarlığa müraciət etməklə yenidən həkim müayinəsindən keçə bilərsiniz. əgər həmin müayinə nəticəsində sizin hərbi xidmətə yararlı olmağınızı müəyyən olunarsa, o zaman siz hərbi mükələffiyətli hesab olunursunuz.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


**********************************************


Sual
Kimdən: sevil

06.08.2010 16:34 Salam, Evvelden size teshekurumi bildirirem. Sualim beledir; Oglumun 20 yashi var , 7 yashi olanda olkeden xarichde yashyir. Indi Kanada vetendashidir ve Kanada passportu var. O indi olkeye gelmey istese onda komrukde problem yaranmayachag ki?Chox sagolun

Cavab ---------------
Bu suala doğru cavab vermək üçün yazmalı idi ki, oğlu harda doğulub, valideynləri Azərbaycan vətəndaşıdırmı? Əgər Sevil xanım özü Azərbaycan Respublikasının vətəndaşıdırsa və onun oğlu oğlu da burada doğulubsa, hazırda 20 yaşında olması və Kanada vətəndaşı olması onun Azərbaycan Respublikasına qayıtmasına heç bir məhdudiyyət yaratmır. Çüni Azərbaycan qanunvericiliyinə görə Azərbaycanda doğulanlar bu ölkənin vətəndaşları hesab olunurlar və heç kəs də bu vətəndaşlıqdan məhrum edilə bilməz.

Konkret bu halda da əgər Sevil xanımın oğlu Azərbaycanda doğulubsa, o, Azərbaycan Respublikasının vətəndaşıdır. Onun başqa ölkənin vətəndaşlığını alması Azərbaycana gəlməsinə maneə hesab edilə bilməz.

Azərbaycan dövləti öz vətəndaşının başqa bir dövlətin vətəndaşı olmasını qəbul etmir. Yəni, əgər, Siz Azərbaycan vətəndaşlığı ilə yanağı, həm də başqa ölkənin vətəndaşısınızsa, bunun Azərbaycan Respublikası qarşısında vətənda kimi borclarınızdan Sİzi xilas etmir. Yəni, hətta, başqa ölkənin vətəndaşı olsanız belə, əgər həm də Azərbaycan Respublikasının vətəndaşısınızsa, məsələn, hərbi qulluğa çağırıla bilərsiniz.


***********************************************


Sual
Kimdən: sultan Şəhər: Baki

06.07.2010 13:18 Salam.Mene herbi hekim kamisiyasi terefinden xestelikler cedvelinin 1-ci qrafasinin 17-b maddesi verilib isteyirem bilem bu ne xesteliyidi ve bu xesteliyi nece teyin ediller.Xais edirem etrafli melumat veresiniz.tesekur edirem.

Cavab ---------------------
Hərbi Həkim ekspertizası haqqında ƏSasnaməyə görə xəstəliklər siyahısının 1-ci qrafasının 17b maddəsində nəzərdə tutulan xəstəlik mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli və ya təkrar xəstəlik təzahürləri olduqda reaktiv psixozlar və nevrotik pozulmalar adlanır.

Bura xoş gedişli reaktiv psixozlar, həmçinin tətbiq edilən patogenetik müalicəyə baxmayaraq, müayinə edilən şəxsin hərbi xidmət vəzifələrini yerinə yetirməyi çətinləşdirən orta dərəcəli, uzunmüddətli və ya təkrarlanan nevrotik pozuntular aid edilir. Dinc dövrdə hərbi xidmətə yararsızlıq haqqında qərar, xəstənin bir aydan az olmayaraq, stasionar şəraitində müalicəsinin uğursuzluğundan sonra qəbul edilir.

Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının və şəhadətləndirilməsinin təşkili, səhhətinə görə hərbi xidmətə çağırışdan azad olunmuş vətəndaşların, hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çağırış komissiyasının onlar barəsində çıxdığı qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarəti şəhadətləndirilməsi Respublika Çağırış Komissiyasına həvalə olunur.

Tibbi baxışı və şəhadətləndirilməni keçirmək üçün cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq və zəruri hallarda, digər ixtisaslı həkim-mütəxəssislər cəlb olunurlar.

Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarəti şəhadətləndirilmə zamanı vətəndaşın səhhətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişəcək uyğunsuzluqlar aşkar edildikdə, Respublika Çağırış Komissiyası rayon (şəhər) çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir.

Fariz Namazlı
Media Hüququ İnstitutu
hüquqşünas


**********************************************


Sual
Kimdən: rafiq tağiyev Şəhər: baki şəhəri.

16.05.2010 19:43 hörmətli azadliq radiosu 1992-ci ildə mənə məxsus səhmlərimi baki şəhəri-1-nömrəli qənnadi kombinatina yatirmişdim bu günkü günə kimi mənim pozulmuş hüquqlarimi bərpa edən bir qurum tapilmir kömək üçün yazmadiğim güc nazirlikləri qalmayib hamisi üstündən atir bir başqasinin üstünə.mən bilmirəm kimə müraciət edim özüm 2-ci qrup qarabağ müharibəsi əliliyəm.indi yeganə ümidim sizsiniz.haminin sevimlisi olan çox hörmətli azadliq radiosu.əvvəlcədən öz minnətdarliğimi bildirirəm


Cavab ----------------------
sizin aşağıdakı hüquqlarınız var:

Səhmdar cəmiyyətin illik hesabatını və mühasibat balansını sizə təqdim olunması, Cəmiyyətin xalis mənfəətindən dividend almaq kimi hüquqlarınız var.

Mülki Məcəllənin 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur.

Həmin Məcəllənin 99.3 ci maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır.

Mülki Məcəllənin 106-1 - ci maddəsinə əsasən

106-1.1. Səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.

106-1.2. Bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarını nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər.

106-1.3 - cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır:

106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək;

106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq;

106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək;

106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək;

106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək;

106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək;

106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq;

106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq;

106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

106-1.7. Səhmdar cəmiyyətinin səhmdarlarının hüquqlarının müdafiəsi bu Məcəllə, digər qanunlar və normativ hüquqi aktlara uyğun olaraq təmin edilir.

Siz hara müraciət edə bilərsiniz: Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət edərək hüququnuzu pozan vəzifəli şəxslərin aşağıdakı qaydada cəzalandırılmasını tələb edə bilrəsiniz.
İnzibati Xətalar Məcəlləsinin 220 - ci maddəsinə əsasən,

Səhmdarın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə -

vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz manatdan iki yüz əlli manatadək miqdarda cərimə edilir.

Bundan başqa yuxarıda qeyd olunan hüquqlarınızın təmin olunması ilə bağlı mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz.

Azər Nağıyev
Hüquqşünas,
Hüquqi Yardım Mərkəzi


************************************************


Sual
Kimdən: Sultan Eliyev

09.04.2010 18:39 Salam.Men saglam oldugum halda mene nevroz diaqnozu qoyublar.Buna gore de meni 3 ildir ne esgerliye aparmirlar ne de ise goturmurler. Men ne etmeliyem?

Cavab ---------------------
Əvvəla, sizə qoyulan diaqnozun dəqiq adını və diaqnozun qoyulduğu qurumun adını qeyd etməmisiniz.

“Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə görə,, ilkin hərbi qeydiyyata götürülən vətəndaşların, hərbi xidmətə könüllü daxil olan şəxslərin, C. Naxçıvanski adına hərbi litseyə və hərbi tədris müəssisələrinə daxil olan vətəndaşların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların səhhətinə dair tələblər Əsasnaməyə əlavə olunmuş “xəstəliklər cədvəli”ndə sadalanıb. Vətəndaşların səhhətinə tələblər dedikdə, onların sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsinin əsası olan tibbi göstəricilər başa düşülür. Əsasnaməyə əlavə olunmuş “xəstəliklər cədvəli”ndə sadalanan xəstəliklər sırasında “nevroz” qeyd edilməyib. Əgər sizə həqiqətən də nevroz diaqnozu qoyulubsa, o, əsgərliyə aparılmamaq üçün əsas deyil.

Məsələnin həlli ilə bağlı - siz alternativ müayinə keçə bilərsiniz. Əgər müayinə zamanı qoyulan diaqnoz birinci dəfə qoyulan diaqnozu təsdiqləməzsə, o zaman siz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin XXVII fəslinə uyğun olaraq, sizə birinci dəfə diaqnoz qoyan həkimin (qurumun) hərəkətlərindən məhkəməyə müraciət edə və sizə dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilərsiniz.

Turan Bahadırbəyli
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi


***********************************************


Sual
Kimdən: Elcin Şəhər: Baki

11.03.2010 12:26 Salam ! Evvelce Novruz bayraminiz mubarek. Men 24 il herbi xidmetde olmusam.Teqayutdeyem.Cebhede oldugum zaman her xidmet vezifelerimi yerine yetirdiyim zaman xestelmisem.Xidmetden texris olunmusam.1-ci qrup eliliyem.Ancaq eliliyim kagiz uzerindedir.Hec bir testilat meni yaxina buraxmir.Bildirirler ki,siz xidmet vezifelerini yerine yetirerken xasaret almamisiniz,ona gore de menim elilliyim ancaq bir parca kagiz uzerinde qalib.Preidentin 9 sentyabr 2008-ci il fermanindada gosterilir ki,cebhede olmaqla herbi xidmet vezifelerini yerine yetirerken saglamligini itirerek elil olan sexisler. Mende cebhede olarken herbi xidmet vezifelerini yerine yetirerken xestelenmisem ve 1-ci qurup elili olmusam. Belke bu syallara cavab tapmaq ucun mene komek edesiniz,sizden artiq derecede rica edirem.

Cavab -----------------------
Herbi qulluqcularin dovlet icbari shexsi sigortasi haqqinda AR Qanuna gore herbi qulluqcular herbi xidmetde olduqlari dovrde sehheti ve heyati dovlet sigorta Shirketi terefinden sigorta edilir. Eger siz heqiqeten de herbi xidmetde oldugunuzu zaman ve vezifelerinizi yerine yetiren zaman xesaret almisinizsa, ve sizin aldiginiz hekim arayisinda bu hal qeyd olunubsa, Siz sigorta haqqini almaq ucun hemin shirkete muraciet etmelisiniz. Sigorta haqqi Sizin aldiginiz xesaret derecesinden ve elillik derecesinden asilidir. Qanuna gore sigorta haqqi 11000 manatdir, amma bu pul xesaretden asili olaraq odenilir, yeni size qeyd etdiyiniz kimi 1-ci qrup elillik teyin olunubsa hemin meblegin 80%-i odenilir.

Bunun ucun siz sigorta odenisini almaq ucun dovlet sigorta orqanina ve ya yashadiginiz erazi uzre hemin orqanin bolmelerine mueyyen olunmus formada erize ve shexsiyyetinizi tesdiq eden senedler birlikde elilliyin teyin edilmesi haqqinda (elilliyin qrupu, sebebi ve teyine dilmesi tarixini gostermekle) tibbi-sosila ekspert komissiyasinin arayisinin notariat qaydada tesdiq edilmis suretini ve herbi bileti (yaxud onu evez eden senedi)muraciet etmelisiniz. Eger qanunla mueyyen olunmush formada hemin sigorta meblegini esassiz olaraq size vermekden imtina ederlerse, o zaman siz mehkemeye muraciet ede bilersiniz.

Fariz Namazov
Hüquqşünas
Media Hüquqlari İnstitutu

***************************************************

Sual
Kimdən: Elcin Şəhər: Baki

15.03.2010 21:31 Fariz muellil cox sag olun menim sualimi cavablandirdiniz.
Xahis edirem size men terefinden size etdiyim muraciyet basqa bir istiqametde olmusdur.Men size bildirim ki, men sizin gosterdiyiniz sigorta meblegini almisam.Menim sizeden oyreneceyim meqam odur ki,men ozum mayor rutbesinde ordudan texris olunmusam buna sebeb,2007-ci il tarixde cebhede(Ter-Ter rayonunun kapanli kendinde yerlesen movqeylerde) herbi xidmet vezifelerimi yerine yetirerken ozumden asili olmayaraq yixilmisam,xidmet yoldaslarimin komeyi ile men yeniden heyata qayitmisam (bu hal herbi xidmet vezifelerini yerine yetirerken mende defelerle olub) Sonra mualice ucun herbi hospitala gonderilmisem. Orada yoxlanildiqdan sonra mene "sag tepe -gicgah nahiyesinin arterio-venoz malformasiyasi diaqnozu qoyulmus ve basimin sag gicgah nahiyesinin sumuk -plastik trepanasiyasi,malformasiyanin legv edilmesi emeliyyati neticesinde sag tepe-gicgah sumuklerinin 3 sm2 ortulmesi sumuk defekti. Mene bele diyaqnoz qoyulmusdur. Sonra meni ordudan texris etmisler.Mene arayisda gostermisler ki, XESTELIK, HERBI XIDMET DOVRUNDE ALINMISDIR. Onda mene ne ucun yasilmamisdir ki,herbi xidmet vezifelerini yerine yetirerken.

Men cebhede olarken herbi xidmet vezifelerini yerine yetirerken xestelenmisem. Fariz muellim menim 45 yasim olacaq men ne ucun indi xestelendim ve 1-qurup elil oldum.

Men ne maddi nede qiymetli bir sey isteyirem.Men menevi ezab cekirem,cebhede olmaqla xestelen,sonrada sene desinler sen cehbede herbi xidmet vezifelerini yerine yetirmemisen.

Xahis edirem meni duzgun basa dusun.Men gerek xesaret alaydim( ya gulle yarasi,ya da basqa bir xesaret) onda mene deyerdiler ki,herbi xidmet vezifelerini yerine yetirerken bele diyaqnoz qoyardilar.Onda ne ucun cenab Prezident 9 sentyabr 2008-ci il fermaninda gosterilir ki,cebhede olmaqla herbi xidmet vezifelerini yerine yetirerken saglamligini itirerek elil olan sexisler.

Sualim beledir: Xesaret almadigim ucun, mene herbi xidmet vezifelerini yerine yetirerken sozleri arayisimda yazila bilmez ?
Axi mende cehbede xidmet etmisem,sengerlerde illerle olmusam.



*********************************************************


Sual
Kimdən: Alex Şəhər: ...

06.03.2010 20:07 Salam.məni əsgərliyə aparmaq üçün çağırış gəlib.mənim çəkim 42 kq-dı..və mənə deyiblərki çəki haqda qanun ləgv edilib.mən bunun doğruluğunu heç bir yerdə öyrənə bilmirəm.qanunda bu bölmə ləğv olunub?məni əsgərliyə apara bilərlər?

Cavab ---------------------
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında əsasnamənin şərtlərinə görə, çəkisi 45 kq-dan az olan şəxslər sülh dövründə hərbi xidmətə yararsız hesab olunur.

Fariz Namazov
Hüquqşünas
Media Hüquq İnstitutu


********************************************

Sual
Kimdən: Kamal

08.02.2010 13:48 salam sizi mingecevir seherinde yasiyan kelbecer rayonundan mecburu kockun olan Imamaliyev Kamil narahat edir. Biz hala hazirda mingecevir seherinde nizami kucesinde yrlesen 4 sayli usaq bagcasinda qaliriq. Bu qis fesli gelenden bizim evden vedrler eskik olmuyub evimizin icine her yagis qar yaganda evimiz olur golmece icira hakimiyyetine kacqinkoma muraciet etmisik hec nede etmirler. Ozumde 1ci qurup qarabag eliliyem sehid ailesiyem nece yere muraciet etmisik hec kim baxmir xahis edirem bize komeklik edesiz.

Cavab --------------------
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir.

"Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin 08 iyul 1999-cu il tarixli, 149N-li Fərmanının 2-ci bəndinin 1-ci abzasında göstərilir ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər.

Probleminizin həlli üçün göstərilən orqanlara yazılı şəkildə müraciət edin. Müraciətinizə cavab verilmədiyi və ya probleminiz həll edilmədiyi təqdirdə vəzifəli şəxslərin qanunsuz hərəkətindən məhkəməyə şikayət edə bilərsiniz.

Maya Imanova
Hüquqşünas
Hüquqi Yardım Mərkəzi
XS
SM
MD
LG