Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:36

Sünnət kişiləri xilas edir


Alimlər tarakanların canının möhkəmliyinin sirrini açıblar. Müayinələr bu həşəratların orqanizmində istənilən mikroba qalib gələn çox güclü antibiotiklərin olduğunu üzə çıxarıb. Bu tapıntı son vaxtlar daha da müxtəlifləşən bağırsaq xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərmanların hazırlanmasına töhfə verə bilər.

Alimlər antibiotikin tərkibində ən dözümlü bakteriyalara belə qəlib gələ biləcək güclü mikrob əleyhinə 9 maddə sayıblar.

Müəyyən edilib ki, bu antibiotiklər metisilinə dözümlü və vəba törədici molekulların 90 faizini məhv etmək qabiliyyətinə malikdir. Həmçinin məlum olub ki, tarakan antibiotikləri insan orqanizminin toxumalarına zərərli təsir göstərmir. (Science.YoRead.ru)

SİQARETLƏRİN İÇİNDƏ DƏHŞƏT DOĞURAN CANLILAR AŞKARLANIB


Sən demə siqaretdə təkcə zərərli kimyəvi maddələr yox, həm də öldürücü kimyəvi birləşmələrdən daha təhlükəli olan canlı orqanizmlər var.

Tədqiqatçılar “Camel”, “Lucky Strike Original Red” və “Marlboro Red” kimi məhşur siqaretlərə müraciət ediblər və insan üçün təhlükəli bakteriyalar məhz onlarda tapılıb. Bu bakteriyalar infeksiya, qida zəhərlənməsi törədə və hətta “qara yara” kimi mədə xəstəliyi yarada bilir!

Alimlər hesab edirlər ki, bütün bu bakteriyalar siqaret çəkən adamın nəfəs yoluna düşür və ilk tənəffüzdəcə öz öldürücü kaloniyalarını yaradırlar.

Siqaretlərin içində dəhşət doğuran canlılar aşkarlanıb
Bu da siqareti tərgitmək üçün daha bir səbəb (takzdorovo.ru)

CƏFƏRİNİN ORQANİZMƏ TÖHFƏ Sİ

Cəfəri gombulları xilas edir və onların çimərlik mövsümünə hazırlaşmalarına yardımçı olur. Heç bir ciddi pəhrizə də ehtiyac qalmır. Bundan ötrü müntəzəm olaraq qaynadılmış cəfəri yemək kifayətdir.

Resept sadədir. Xırda doğranmış bir çay qaşığı təzə cəfərini 1 stəkan qaynar suda 15 dəqiqə dəmlədikdən sonra alınmış mayeni gün ərzində yeməkarası içmək lazımdır. Bu proses 2 həftə müddətində davam etdirilməlidir.

Cəfəri sidikqovucu xüsusiyyətə malikdir və artıq mayeni orqanizmdən çıxardır.

Mayenin qəbulunun artırılması qadınlarda hər ay baş verən ənənəvi proses zamanı ağrını götürür. Ancaq bu mayeni hamilə qadınlar və böyrəyin iltihabından əziyyət çəkənlər qəbul etməməlidir.

QADINLAR NECƏ İÇMƏLİ Kİ, SONRADAN UTANMASINLAR

Alkoqolun təsiri təkcə qadınların sağlamlığını deyil, həmçinin onların imicini də korlamağa qadirdir. Ona görə də pis vəziyyətə düşməmək üçün necə və nə içməyi bilmək lazımdır.

Unutmayın ki, çox az dozada alkoqolun (məsələn, qırmızı şərab) orqanizmə xeyri var.

Əgər axşam sizi ağır içki məclisi gözləyirsə, bir neçə sadə qaydanı yadda saxlayın.

Pis vəziyyətə düşməmək üçün necə və nə içməyi bilmək lazımdır
2-3 qədəhdən sonra mütləq fasilə verin ki, orqanizm qəbul etdiyi alkoqolu dəyərləndirib onun bir hissəsini həzm edə bilsin. Hökmən möhkəm yeyin. Yaxşı olar ki, tərkibində çoxlu yağ olan ərzaqlardan yeyəsiniz. Və alkoqoldan başqa coxlu maye için. Səhərə isə özünüzə şorba suyu yaxud, bulyon (ət suyu) hazırlayın (Wday.ru).

SÜNNƏT KİŞİLƏRİ XİLAS EDƏ BİLƏN YEGANƏ VASİTƏDIR

Avstraliya həkimləri bütün kişiləri təcili sünnət olunmağa çağırır. Onların qənaətincə, bu prosedur kişilərin immunçatışmazlığı xəstəliyi - HİV-ə tutulması riskinin xeyli dərəcədə azalmasına kömək edir.

Həkim Aleks Vodakın fikrincə, çoxsaylı tədqiqatlar dəfələrlə təsdiqləyib ki, artıq dəri, zöhrəvi xəstəliklərin ötürulməsinə təkan verir. O bəyan edib ki, valideynlər bu məsələyə ciddi yanaşıb oğlan uşaqlarını mümkün qədər tez sünnət etdirməlidirlər.

Son illər Avstraliyada HİV əsl faciəyə çevrilib. Onə görə də mütəxəssislər hesab edirlər ki, hökumət hər yerdə sünnət olunmasına təsir göstərməlidir (medikforum.ru).

/Sayta hazırladı: İlqar Rəsul/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG