Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:03

MSK-da barmaq hesabı…


Məzahir Pənahov
Məzahir Pənahov
«İmza vərəqələri ilə bağlı narazılıqlar iki əlin barmaqlarının sayından çox deyil».

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov oktyabrın 9-da bu qurumun iclasında dedi.

O, seçki prosesinin heç bir ajiotaj olmadan keçdiyini və indiyədək namizədliyi təsdiqlənən 1411 adamdan cəmi 7-8 şikayət gəldiyini qeyd etdi:

«Çox ciddi namizədlər var ki, qeydə alınıblar, həm müxalifət, həm iqtidar, həm də bitərəf namizədlərdir. Heç onlar haqda belə söz-söhbət yoxdur. Amma hansısa ikinci, üçüncü dərəcəli namizədlər var ki, onlar barədə belə söhbətlər ortaya çıxıb. Namizədləri birinci, ikinci, üçüncü dərəcəli namizədə bölmək baxımından demirəm. Siyasi münasibət bildirməyən namizədlərdir ki, onların bəziləri haqda bu məsələlər ortaya çıxıb. Mən də inanmıram ki, bu, bilə-bilə olsun. Hətta bilməməzlikdən, ehtiyatsızlıqdan olubsa belə, Məcəllənin tələbi eynidir. Buna başqa don geyindirmək xoşbəxtlikdən mümkün deyil. Bu cür məsələlərdə MSK üzvlərini bir az sanballı olmağa çağırıram».

TÜRKMƏNLƏR PARLAMENT SEÇKİLƏRİNİ İZLƏMƏK İSTƏYİR…

M.Pənahov həmçinin bildirdi ki, oktyabrın 9-na kimi 48 beynəlxalq müşahidəçi MSK-da qeydiyyatdan keçib. Bunlar 24 ölkəni təmsil edir, əsasən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləridir. Bundan başqa MDB-nin 12 müşahidəçisi və Türkmənistan Mərkəzi Seçki Komissiyasının bir nümayəndəsi seçkilərdə iştirak etmək istədiyini bildirib.

MSK-dan verilən məlumata əsasən, oktyabrın 9-na kimi 1438 nəfərin namizədliyi təsdiqlənib. Bunlardan 490 nəfərin namizədliyi qeydə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG