Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:22

Ərdoğan Avropa Birliyini Türkiyəyə mane olmamağa çağırıb


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Avropa Birliyini ölkəsinin bu birliyə qoşulmasını əngəlləməməyə çağırıb.

Ərdoğan belə bir bəyanatla bu gün Berlində Almaniyanın kansleri Angela Merkellə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

Qeyd edək ki, Fransa ilə Almaniya hələ də Türkiyənin Avropa Birliyinə qoşulmasını istəmirlər.

Avropa Komissiyası hazırda Türkiyənin birliyə qəbul olması üçün vacib olan şərtləri yerinə yetirib-yetirməməsi ilə bağlı illik hesabat üzərində işləyir.

Bu şərtlərdən biri də Türkiyənin Avropa Birliyinin üzvü olan Kipr respublikasını tanımasıdır.
Kipr 35 ildən çoxdur ki, yunan və türk icmalarından ibarət iki hissəyə bölünüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG