Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:24

«Müstəqil dövlətdə polkovnik-leytenantın yaşayış tövləsi»


Məcburi köçkünlərdən ev aldım, o da aprel ayında daşqınlar zamanı uçdu

Məcburi köçkünlərdən ev aldım, o da aprel ayında daşqınlar zamanı uçdu

Belə bir şüarı yaşayış üçün yararsız olan evinin üstünə İmişli rayon sakini, Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı polkovnik-leytenant Şahin Cavadov vurub. O deyir ki, orduda 25 il qulluq edib, xidmətini başa vurandan sonra indiyə qədər normal bir ev tikə bilmir:

«Mən həm Əfqanıstanda, həm də Qarabağda olmuşam, ayağımdan da yaralanmışam. 2005-ci ildən ev növbəsinə durmuşam. Evlər tikildi satıldı, amma məni yaddan çıxardılar. Getdim dəmiryolun qırağından, İmişli deposunun yanından məcburi köçkünlərdən ev aldım, o da aprel ayında daşqınlar zamanı uçdu. Fövqəladə Hallardan gəldilər, akt tərtib olundu və bildirildi ki, yeni ev tikilməlidir. Amma deponun rəis müavini buna razı olmadı. Sonra dedilər get başqa bir yerdə torpaq sahəsi al, orda ev tikərik. Mən də getdim 3 min manata 6 sot torpaq aldım. İndi də Fövqəladə Hallar Nazirliyindən deyirlər ki, get rayon icra hakimiyyətindən məktub al ki, təzə yerdə tikintiyə icazə verilir».

Şahin Cavadov deyir ki, icra hakimiyyətində ondan köhnə evin sənədini istəyiblər:

«Mən də həmin evi qaçqınlardan almışdım, sənədsiz-filansız və 2007-ci ildən həmin evdə yaşayıram. Mən sənəd apara bilmirəm, qalmışam çiy kərpicdən olan uçub-dağılmış evdə. Buna etiraz olaraq mən də yazdım ki, «Müstəqil dövlətdə polkovnik-leytenantın yaşayış tövləsi»».

2007-ci ildə Rahim Musa rüşvətə, korrupsiyaya etiraz əlaməti olaraq evinin damına korrupsiya əleyhinə şüarlar vurmuşdu.
Şahin Cavadov deyir ki, evi tövləyə oxşayır, çiy kərpicdən tikilib. Onun da bir tərəfinə dirəklər vurub ki, ev başlarına uçmasın. Beş nəfərdən ibarət ailə həmin evdə yaşayır.

Yazı səhifəyə hazırlanan vaxt Şahin Cavadovdan xəbər aldıq ki, onu rayon icra hakimiyyətinə dəvət ediblər. Deyiblər ki, problem tezliklə həll olunacaq, evin tikilməsi üçün Fövqəladə Hallar Nazirliyinə artıq məktubla müraciət olunub.

Şahin Cavadov deyir ki, o, bir həftə də gözləyəcək, verilən sözə əməl olunmasa, yenidən aksiyaya başlayacaq.

Bu, İmişli rayonunda evinin üstünə şüar asıb təkbaşına etiraz aksiyası keçirən ilk rayon sakini deyil. 2007-ci ildə Rahim Musa rüşvətə, korrupsiyaya etiraz əlaməti olaraq evinin damına korrupsiya əleyhinə şüarlar vurmuşdu.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG