Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:51

Ərəb liqası ölkələrinin görüşü sona yetib


Ərəb Liqası ölkələrinin xarici işlər nazirləri hesab edirlər ki, İsrail-Fələstin danışıqlarını dalandan çıxarmaq üçün Birləşmiş Ştatlara azı 1 ay vaxt gərəkdir.

Xarici işlər nazirlərinin Iiviya görüşündə qəbul edilmiş bəyanatda qeyd olunur ki, İsrailin İordan çayının qərb sahilində tikinti işlərini dayandırmayacağı halda danışıqlar mümkün olmayacaq.

Dünən İsrail ordusunun İordan çayının qərb sahilində keçirdiyi əməliyyat zamanı 2 fələstinli ölüb.

ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda Vaşinqtonun İsrail-Fələstin münaqişəsinin həllində beynəlxalq ələmlə əməkdaşlığı davam etdirəcəyi bildirirlir.

Birləşmiş Ştatların vasitəçiliyi ilə sülh danışıqları bu ilin sentyabrında bərpa olunsa da məsələ yenidən düyünə düşüb.
Buna səbəb, İsrailin İordan çayının qərb sahilində tikinti işlərinə qoyulmuş qadağanı uzatmamasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG