Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:23

NATO qüvvələrinə yanacaq aparan 30 maşın yandırılıb


Pakistanın cənub-qərbində yenidən Əfqanıstandakı NATO qüvələrinə yanacaq aparan maşın karvanına hücum edilib.

Yerli hakimiyyət Sibi şəhərinin yaxınlığında 30-a yaxın sisternin yandırıldığını xəbər verir.

Hücum zamanı gözətçilərdən birinin yaralandığı bildirilir.

Bu son həftələrdə Pakistanda Əfqanıstandakı NATO qüvvələrinə yük aparan maşın karvanına edilmiş 6-cı hücumdur.

Pakistanın hakim dairələri NATO-nun sərhəd bölgəsində keçirdi reyd zamanı 3 əsgərinin ölümünə görə, ötən həftə Əfqanıstandakı NATO qüvvələrini təhciz
edən əsasə yolu bağlayıb.

Amma ölkənin cənub-qərbindən keçən ikinci dəhliz açıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG