Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:41

Çin hesab edir ki, Nobel komitəsi özünü rüsvay edib


Pekin çinli dissident Lyu Syaboya Nobel sülh mükafatı verilməsinə etiraz etməkdə davam edir.

Hökumıtin nəzarətində olan “ Global Times” Norveç Nobel komitəsin qərarının Çinə qarşı yönəldiyini və bunun komitə üçün rüsvayçılıq olduğunu yazır.

Çin hökuməti bundan əvvəl qərarın Çinlə Norveç arasındakı münasibətlərə xələl gətirəcəyini bəyan eləmişdi.

ABŞ prezidenti Barak Obama Çinin hakim dairələrini Lyu Syabonu mümkün qədər tez azad etməyə çağırıb.

Lyu Syabo ötən ilin dekabrında 11 il həbs cəzasına məhkum edilib.

O, mövcud rejimə qarşı fəaliyyətdə itiham olunur.
XS
SM
MD
LG