Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:39

«Federal prezident Məhəmməd Mustafa»


Almaniyanın müsəlman icması Duysburq məscidində namaz qılır

Almaniyanın müsəlman icması Duysburq məscidində namaz qılır

Almaniyanın hakim Xristian-Demokrat Partiyası (XDP) və Xristian-Sosial Birliyinin (XSB) bəzi üzvləri prezidentə etirazlarını bildiriblər.

Almaniya prezidenti Kristian Vulf təklif edib ki, xristianlıq və iudaizmlə bərabər İslam da Almaniyanın bir hissəsi sayılsın.

Xəbəri «Spiegel» yayıb.

Jurnal yazır ki, bundestaqın XSB fraksiyasından olan üzvü Norbert Hays federal prezidentin dediklərini «mübahisəli və ikimənalı» adlandırıb:

«Prezidentin Almaniyada İslamı iudaizm və xristianlıqla bərabər tutmasını yanlış sayıram».

Bundestaqın Daxili İşlər Komitəsinin sədri, XDP üzvü Volfhanq Bosbax da Haysa dəstək verib:

«İslamın artıq alman reallığının bir hissəsinə çevrilməsinə baxmayaraq, Almaniya hələ də iudaizm və xristianlıq ənənələrinə məxsusdur».

Bu arada ölkənin MDR teleşirkətinin icraçı direktoru Udo Reyterin «zarafatı» Almaniyada böyük səs-küy yaradıb. O, «Twitter»dəki postunda belə yazıb:

Almaniya prezidenti Kristian Vulf
«2030-cu il - Almaniyanın birləşməsinin ildönümü. Federal prezident Məhəmməd Mustafa müsəlmanları alman azlığın hüquqlarını müdafiə etməyə çağırır». «Məhəmməd Mustafanın» dedikləri xeyli yayılandan sonra Reyter bunun zarafat olduğunu bildirib və üzrxahlıq edib.

Bəzi siyasətçilər isə federal prezidentin dediklərini bəyənib.

Bundestaqın «Solçular» fraksiyasının başçısı Georq Giziyə görə, prezident bununla vurğulamaq istəyib ki, yalnız miqrantların uğurlu inteqrasiyasını gerçəkləşdirəndə Almaniya birdəfəlik vahid olacaq:

«Biz özümüz də inteqrasiya üçün imkanlar yaratmalıyıq».

Almaniyanın müsəlman icmaları da prezidentin fikirlərini məmnunluqla qarşılayıblar.

Almaniya Müsəlmanları Mərkəzi Şurasının başçısı Ayman Mazyek deyib ki, prezidentin söylədikləri müsəlmanların heç də ikinci dərəcəli vətəndaş sayılmadıqlarına sübutdur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG