Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:57

«Dəlidən» doğru xəbər buna deyərlər


Robert Edvards
Robert Edvards
Süni mayalanma sahəsində ingilis alimi, professor Robert Edvards 2010-cu ilin Nobel tibb mükafatını aldı. Edvards 1960-cı illərdə həyata keçirdiyi bu icadına görə dəli kimi qəbul edilirdi.

O, süni mayalanma yolu ilə dünyaya uşaq gətirilməsi axtarışlarına 1960-cı illərdə başlamışdı. 2010-cu ildə isə 1 milyon avro dəyərində Nobel mükafatını almağa layiq görüldü.

Kembric Universitetinin fəxri doktoru olan 85 yaşlı Edvards 1988-ci ildə ölmüş ginekoloq Patrik Steptou ilə birlikdə yumurta hüceyrələrinin kənarda döllənərək bədənə yerləşdirilməsi texnikasını inkişaf etdirdi.

4 MİLYON ADAMA HƏYAT VERDİ

Mükafat Komitəsindən verilən açıqlamada deyilir ki, Edvardsın fəaliyyəti dünyadakı ailələrin 10 faizində olan sonsuzluğun müalicəsini mümkün edib, dünyada təxminən 4 milyon adam süni mayalanma yolu ilə doğulub.

Edvardsın ilk əsəri isə 1978-ci ildə İngiltərədə süni mayalanma yolu ilə doğulan Luiza Braundur. Onun özündən 4 yaş kiçik bacısı Natali də süni mayalanma yolu ilə doğulan 40-cı adamdır. Luiza Braun Robert Edvardsı babası sayır, onu toyuna da dəvət edibmiş. Luiza hazırda Bristol şəhərində poçt məmurudur. 2007-ci ildə ilk uşağını isə o, dünyaya təbii yolla hamilə qalaraq gətirib.

«MƏNƏ DƏLİ DEYİRDİLƏR»

Edvards deyir ki, «mənə süni yolla doğulan uşaqların normal olmayacağını deyir, məni dəli adlandırırdılar».

60-cı illərdə Edvardsla birlikdə işləmiş Kembric Universitetinin professoru Martin Conson Edvardsın bu mükafata layiq olduğunu, ancaq bu mükafatın bu qədər gec verilməsinə təəccübləndiyini bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG