Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:18

Tələbə qızlar Putin üçün soyundular və...


Jurnalistika fakültəsinin bir qrup tələbəsi Putinə özlərinin erotik şəkillərindən ibarət təqvim hazırlayıblar
Jurnalistika fakültəsinin bir qrup tələbəsi Putinə özlərinin erotik şəkillərindən ibarət təqvim hazırlayıblar
Rusiyanın Baş naziri Vladimir Putin ad gününə Moskva Dövlət Universitetinin (MDU) tələbələrindən iki müxtəlif hədiyyə alıb.

Əvvəlcə universitetin Jurnalistika fakültəsinin bir qrup tələbəsi Putinə özlərinin erotik şəkillərindən ibarət təqvim hazırlayıblar.

ÖZ ADINDAN SOYUN

Kremlyönlü «Naşi» Gənclər Hərəkatının mətbuat katibi Kristina Potupçik 2011-ci il təqviminin şəkillərini öz bloqunda dərc edib. Özü də belə bir açıq sual altında: «Kasıb tələbələr hər şeyi olan bir kişiyə nə hədiyyə eləyə bilər ki?».

Ancaq həmin tələbələrin qrup yoldaşları fakültənin «LiveJournal page» adlı bülletenində bu təqvimə dərhal reaksiya veriblər:

«Mən bu qızı tanıyıram...».

«Yaxşı, soyunmaq istəyirsənsə, bunu öz adından et, bütün fakültəni biabır eləmə...».

Rusiyanın «Newsweek» jurnalı MDU-nun mətbuat katibi Larisa Bakulina ilə danışıb:

«Bunu tələbələr öz təşəbbüsləri ilə ediblər. [...] Dekan bu barədə heç nə bilmir».

Deyilənlərə görə, təqvim 50 000 nüsxədə çıxıb və hazırda Rusiyanın «AŞAN» supermarketlər şəbəkəsində
«Vladimir Vladimiroviç, Sizə bir neçə sualımız var...»
satılır.

XODORKOVSKİ NƏ VAXT BURAXILACAQ?

MDU-nun Jurnalistika fakültəsinin tələbələrindən başqa bir qrupu artıq bu təqvimə cavab verib. Təzə təqvimsə belə adlanır: «Vladimir Vladimiroviç, Sizə bir neçə sualımız var...». Bu təqvimdəki şəkillərdə isə tələbə qızların ağzı sarı yapışqanlı lentlə bağlanıb. Təqvim aylar iki-iki verilib və hər səhifədə bir sual və bir foto var:

«İnflyasiya rüşvətə necə təsir edəcək?»

«Xodorkovski nə vaxt buraxılacaq?»

«Anna Politkovskayanı kim öldürüb?»

Bir rus bloqqer təqvimin şəkillərini öz bloqunda yerləşdirib, bu şəkillər satılmır, ancaq bloqdan çap olunub götürülə bilər.

MDU-nun Jurnalistika fakültəsi təzə təqvimə reaksiya verməyib.

Oktyabrın 7-də 58 yaşı tamam olan Putinə bundan əvvəl də təqvimlər hədiyyə olunub. 2002-ci ildə, Putinin prezidentliyi dövründə Moskvada iki aktyor onun fotolarından ibarət «Putinin 12 əhvalı» adlı təqvim hazırlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG