Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:12

460 nəfərin namizədliyi qeydə alınıb


Oktyabrın 8-ə qədər deputat olmaq istəyənlərdən 460 nəfərinin namizədliyi təsdiqlənib. Bu gün iddialı namizədlərin seçki sənədlərini dairə seçki komissiyalarına təhvil vermələrinin sonuncu günü idi. Ümumilikdə 1407 nəfər imza vərtəqələri götürüb. Seçki dairələri qarşıdakı bir neçə gündə də aldıqları sənədləri yoxlayıb namizədlərin qeydiyyatı qeydiyyatı barədə qərarlar verəcəklər.

Hakim YAP-dan bildiriblər ki, onların verdikləri 115 namizədddən 113 artıq rəsmən qeydə alınıb. Qalan iki dairədə partiya yeni namizəd verməyəcək. Beləliklə, 12 dairədə hakim partiyanın namizədi olmayacaq.

MSK-nın oktyabrın 8-də keçirilən iclasında məlumat verilib ki, seçki dairələrinin ərazisində müşahidə aparmaq üçün 3695 nəfər DSK-lara müraciət edib.

Seçki öncəsi təşviqata qoşulmaq istəyən kütləvi informasiya vasitələrinin də siyahısı artıq müəyyənləşib. MK-nın məlumatına görə 8 teleradio şirkəti, 36 qəzet, 15 informasiya agentliyi də bildiriş və tariflərini təqdim edib. Qanunvericiliyə görə, Komissiyaya bildiriş və tariflərini təqdim etməyən Kütləvi İnformasiya Vasitələri ödənişli təşviqatda iştirak edə bilməz.

125 nəfərlik parlamentdə deputat olmaq istəyənlər oktyabrın 15-dən rəsmən seçki təbliğatına başlayacaqlar. Seçki isə noyabrın 7-də keçiriləcək.
XS
SM
MD
LG