Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:10

Pakistan ordusu youtube-da yayılan videonu araşdırır


Pakistan ordusunun Baş Qərargah rəisi Aşfaq Pərviz Pərviz Kayani youtube video paylaşma şəbəkəsində yayılmış bir video ilə bağlı araşdırma aparmaq əmri verib. Həmin videoda Pakistan ordusunun əsgərlərinin geyimində olan bir dəstə adamın əlləri və gözləri bağlı olan bir qrup adamı divara düzüb güllələdiyi görünür.

İnsan Haqları fəalları bu hadisənin 2009-cu ildə Pakistanın Svat əyalətində baş verdiyini əsgərlərin bir qrup Taliban yaraqlısını məhkəməsiz güllələdiklərini bildirirlər. Amma Pakistan ordusu bu ittihamı rədd edir.

Əgər iddialar doğru çıxsa, Pakistan ordusu milyardlarla dollar yardımdan məhrum ola bilər. Pakistan ordusu Əl-Kaidə və Taliban yaraqlıları ilə mübarizə tədbirləri üçün ABŞ-dan milyardlarla dollar dəyərində yardımlar alır. Amma ABŞ qanunları insan haqlarını pozan xarici ölkələrin silahlı qüvvələrinə yardımlar verilməsini qadağan edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG