Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:16

Rəsmilər Dunayda bioloji fəlakət riski olmadığını deyirlər


Macarıstan hökuməti bir alüminium zavodunda qəzadan sonra ətrafa yayılan zəhərli kimyəvi maddə Avropanın ikinci ən uzun çayına çayında ciddi ətraf mühit problemləri yaratmayacağını bildirir. Zəhərli maddə dünən axşamdan çaya çatıb.

Macarıstan rəsmiləri bildirirlər ki, çayda suyu yoxlayıblar, ora qarışan zəhərli maddələr ciddi təhlükə yaratmır.

Amma ətraf mühiti mühafizə təşkilatı olan Greenpeace çayda zəhərli maddələrin gözləndiyindən də yüksək olduğunu bildirib.

Bir neçə gün əvvəl Macarıstan paytaxtının 160 kilometrliyində bir kimya zavodunda baş vermiş qəzadan beş nəfər həlak olub.
XS
SM
MD
LG