Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:30

Müxalifətin namizədi: «Məni iki saatdan çox DSK-da girov kimi saxladılar»


«AXCP-Müsavat» seçki blokunun vahid namizədi Səxavət Soltanlı oktyabrın 8-də namizədliyini irəli sürdüyü 50 saylı Sumqayıt Dairə Seçki Komissiyasında iki saatdan çox girov kimi saxlandığını iddia edir.

Dediyinə görə, topladığı imzaları DSK-ya təqdim edəndə məlum olub ki, oktyabrın 7-də Dairədən aldıqları əlavə iki imza vərəqəsindən biri möhürsüz olub:

«DSK-da bunu mənim tərəfimdən olan ciddi qanun pozuntusu kimi protokollaşdırmaq istədilər. İstədim bayıra çıxım, gördüm qapı bağlıdır. Müraciət etdim ki, niyə qapı bağlıdır, dedilər DSK sədri tapşırıb ki, ondan icazəsiz heç kim nə bayıra çıxsın, nə də DSK-ya girsin. Beləliklə, məni iki saatdan çox ətraf mühitdən təcrid olunmuş vəziyyətdə saxladılar».

Səxavət Soltanlı deyir ki, o, seçki qərargahına müraciət edəndən sonra məsələ Mərkəzi Seçki Komissiyasına (MSK) çatdırılıb. MSK-nın müdaxiləsindən sonra DSK möhürsüz imza vərəqəsini qəbul edib və o, binadan çıxa bilib.

50 saylı Sumqayıt Dairə Seçki Komissiyasının sədri (DSK) Xəyyam Nəzərov AzadlıqRadiosuna müsahibəsində Səxavət Soltanlının DSK-da saxlanması ilə bağlı məlumatları təkzib edib.

Möhürsüz imza vərəqəsinə gəlincə, DSK sədri bu məsələyə Səxavət Soltanlı ilə birgə aydınlıq gətirildiyini və problemin həll olunduğunu deyib.
XS
SM
MD
LG