Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:02

Sülh üzrə Nobel mükafatına hüquq müdafiəçisi layiq görüldü


2010-cu ilin sülh üzrə Nobel mükafatına Çinin məşhur hüquq müdafiəçisi Liu Siaobo layiq görüldü. Bu qərarı Norveç Nobel Komitəsi oktyabrın 8-də açıqlayıb.

Akademiya 55 yaşlı Liu Siaobonu bu mükafata Çində fundamental insan haqları uğrunda uzunmüddətli dinc mübarizəsinə görə layiq görüb.

Liu Siaobo hazırda Çində həbsdədir. O, 2009-cu ilin dekabrında tutulub və 11 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Liu Siaobonu dövlət çevrilişinə təhrikdə təqsirli bilib. Əslində isə onun həbsinə 2008-ci ildə yazdığı “Xartiya 08” adlı müraciəti səbəb olduğu bildirilir. “Xartiya 08”də Liu Siaobo Çin hakimiyyətini siyasi islahatlar aparmağa, söz azadlığına hörmətlə yanaşmağa və birpartiyalı sistemdən imtina etməyə çağırıb.

.

Günün bütün mövzuları

XS
SM
MD
LG