Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:06

Məscid adı ilə tikiləcək qanunsuz tikililər bundan sonra da söküləcək


“Azərbaycanda indiyə qədər bir məscid belə sökülməyib. Qanunsuz tikililər sökülüb və məscid adı ilə tikiləcək qanunsuz tikililər bundan sonra da söküləcək”.

Bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 90-cı illərdə xarici dövlətlər və yerli maraqlı şəxslər tərəfindən çoxsaylı dini təyinatlı binalar tikilib: “Bu illərdə Küveyt dövləti 73, Türkiyə 21, Səudiyyə Ərəbistanı 1 məscid tikib. Yerli vətəndaşlar tərəfindən də çoxsaylı məscidlər tikilib”.

H.Orucov bildirib ki, hazırda Dövlət Komitəsi bu çoxsaylı qanunsuz tikililərin qanuniləşdirilməsi ilə məşğuldur.

XS
SM
MD
LG