Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:45

Bəzi dövlətlər Azərbaycanda dini vəziyyətə təsir etmək istəyir


“Bəzi dövlətlər Azərbaycandakı dini azadlıqdan istifadə edərək dini vəziyyətə təsir göstərməyə çəhd edir. Onların təsirləri çox kiçikdir. Amma dövlət və cəmiyyət bu qrupları inkar edir. Hesab edirəm ki, yaxın zamanlarda həmin kiçik qruplar da aradan qalxacaq”. Bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bu gün keçirdiyi mətbuat konfransında bildirib. Lakin komitə sədri hər hansı dövlətin adını çəkməyib.

H.Orucov qanunvericiliyə dəyişiklik olunduqdan sonra dini icmaların qeydiyyatının davam etdiyini deyib. İndiyə qədər 794 dini qurum qeydiyyat üçün komitəyə müraciət edib. 24 dini qurumun dövlət qeydiyyatına alınmasından imtina edilib.Onların 15-i islam, 9-u qeyri islam təmayüllüdür.

Komitə sədri, fəaliyyətsiz və təyinatını dəyişən dini icmaların ləğvinə başlanacağını bildirib. “Biz bu dini icmaların fəaliyyətinin dayandırılması məqsədilə məhkəmələrə müraciət edəcəyik”, - deyə, o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG