Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:00

Gənclərə 1 ildə 72 min dollar…


Açıq Cəmiyyət İnstitutu Yardım Fondu 2010-cu il üçün Azərbaycan gənclərilə işə 72 min dollar pul ayırıb.

Bunu «14-24»-ə Fondun Gənclər Proqram Koordinatoru Şəms Əsgərova deyib.

Fond təmsilçisi deyir ki, gənclərlə işləmək onlar üçün prioritetdir. Fondun Gənclər Proqramı 2007-ci ildən işə düşüb.

Açıq Cəmiyyət İnstitutu gənclər üçün maliyyəni iki formada ayırır: qrant müsabiqəsinin elan edilməsi və 2Gənclər Fəaliyyətinə Dəstək Mərkəzi»nin maliyyələşdirilməsi.

«Gənclər Fəaliyyətinə Dəstək Mərkəzi» Soros Fondunun dəstəyilə 3 ildir fəaliyyət göstərir. Fondun gənclər üçün ayırdığı büdcənin böyük hissəsi də bura xərclənir.

Şəms Əsgərova deyir ki, GFDM gənclərin ehtiyaclarına dair tədbirlər keçirilməsi üçün bir məkandır.
Şəms Əsgərova

O ki qaldı grant layihələrinə, Şəms Əsgərova deyir ki, Fondun gənclərə yardımı müsabiqəyə öz ideyalarını layihə formasında təqdim edənləri dəstəkləməkdən ibarətdir.

Hazırda Açıq Cəmiyyət İnstitutunun «Kreativ gənclər» adlı qrant müsabiqəsi elan edilib. Məqsəd Azərbaycanda fəaliyyət göstərən QHT- lərin gənclərlə iş fəaliyyətini canlandırmaqdır. Müsabiqədə QHT-lər, Universitetlər, tələbə və gənclər təşkilatları iştirak edə bilərlər.

Şəms Əsgərova deyir ki, bu müsabiqənin büdcəsi 30 min manatdır. Hər bir layihənin büdcəsi isə 5000 AZN-ni aşmamalıdır.

ACİ təmsilçisinin sözlərinə görə, müsabiqənin mövzularını da gənclər özləri seçib. Belə ki, fokus qruplar görüşlər keçirib və beyin həmlələri nəticəsində mövzular toplanıb. Bu ilki sorğulara görə, gənclər tərəfindən 100-ə yaxın mövzu təklif edilib. Ekspertlər bunlardan 5-ini seçib: «Ətraf mühitin mühafizəsi və bu işdə gənclərin rolu», «Gənclərə Media bacarıqlarının öyrədilməsi», «Məktəblərdə gənclərə İnsan Hüquqları sahəsində təlim və seminarların tədrisi», «Gənc sahibkarlığın inkişaf etdirilməsi», «Gənclərin incəsənət və musiqi bacarıqlarının təkmilləşdirilməsi».

Şəms Əsgərovanın fikrincə, onların Azərbaycan gəncləri ilə birlikdə fəaliyyəti, xərclədikləri qrant öz bəhrəsini verir:

«Birdən-birə heç bir dəyişiklik, təbii ki, olmur. Beyində dəyişiklik olursa, o, əməlinə də keçir. Həyata baxış tərzi dəyişməlidir, hər şeyə neqativ baxmaq düzgün deyil, mənim fikrimcə».
XS
SM
MD
LG