Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:42

Milli Məclis boş qalan üç yerə nümayəndələri təsdiq edib


Oktyabrın 8-də Milli Məclis Mərkəzi seçki Komissiyasında (MSK) indiyə qədər boş qalan üç yerə nümayəndələri təsdiqləyib. Müsavat partiyasının iki yerə nümayəndə vermədiyi və Ana Vətən Partiyasının təmsilçisinin Konstitusiya Məhkəməsinə hakim təyin oluduğu üçün fəaliyyətini dayandırdığından qurumda 3 yer indiyə qədər boş idi.

İrəli sürülən namizədlər bitərəf Arifə Muxtarova, Müsavat partiyasından Gülağa Aslanlı və BAXCP-dən Mikayıl Rəhimov boş qalan yerlərə təsdiqləniblər.

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bu cür bölgünün düzgün olmadığını bildirib. Deyib ki, nə qədər gec deyilsə, əgər ölkədə siyasi iradə varsa və MSK-a etimad göstərilməsi istənilirsə bu, qurumun tərkibinin düzgün formalaşdırılmasında öz sözünü deməlidir. Millət vəkilinə görə, əks halda hakimiyyətin seçkiləri saxtalaşdırmağa hazırlaşdığı ortadadır.

Bundan sonra namizədlər səsə qoyulub və Milli Məclis üç nəfərin MSK-ya namizədliyini təsdiqləyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG