Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:54

Mario Varqas Lyosa: "Hələ də bu sürprizin təsirindən çıxa bilməmişəm".


“Mənə Skokholmdan bir centlmen zəng etdi və İsveç Akademiyasının baş katibi olduğunu bildirdi.

Dedi ki, mənə Nobel mükafatına layiq görülməyim haqda xəbəri çatdırmaq istəyir və 40 dəqiqədən sonra bu xəbər ictimaiyyətə açıqlanacaq.

Mən hələ də bu sürprizin təsirindən çıxa bilməmişəm. Bu, fantastik bir sürprizdir və əlbəttə ki mən özümü çox xoşbəxt hiss edirəm”.

2010-cu ilin Nobel mükafatına layiq görülmüş Peru yazıçısı Mario Varqas Liosa bunları Nyu-Yorkda Röyters agentliyinə deyib - mükafata layiq görüləndən bir neçə saat sonra.

“Bu mükafatı almaq çox xoşdur və bu xəbəri eşitdiyim ilk andan düşündüyüm bu oldu ki, həmin mükafatı təkcə mənə yox, yazdığım dilə və təmsil etdiyim regiona veriblər”.

İspandilli ölkələrin ən nüfuzlu yazarlarından sayılan Lyosa deyib ki, axır onilliklərdə Latın Amerikası ədəbiyyatı beynəlxalq aləmdə yüksək səviyyədə tanınıb və yüksək bədii dəyərə malik əsərlər yaradıb.

Bu baxımdan o, İsveç Akademiyasının qərarını rasional hesab edir.

“Mükafat elə bir ədəbiyyata verilib ki, onun bütün janrlarda – roman, şeir, essedə yüksək səviyyəli nümayəndələri var”.

Lyosa öz arzusunu da açıqlatıb:

“Mən çox istərdim ki, kitablarım yazarlar üçün - Folkneri, Servantesi, Floberi oxumaq mənim üçün nədirsə - onun kimi olsun.

Həmin müəllifləri oxumaq mənim həyatımı zənginləşdirib, mənə zövq verib, insanlara və dünyaya baxışımın hüdudlarını genişləndirib”.

Həmçinin oxu
Mario Varqas Lyosa kimdir və nədən yazır?
Lyosa ilə ədəbiyyat, siyasət haqda müsahibə
Mario Varqas Lyosa "Katoblepas" («Gənc ya­zı­çı­ya mək­tub­lar»­dan)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG